İranda iğtişaşların təşkilinə görə həbs cəzası çəkən iki Fransa vətəndaşı İsrailin "Mossad" kəşfiyyat xidmətinə işləməkdə ittiham olunub.
“EDnews” xəbər verir ki, Sesil Koler və Jak Pari "rejimi devirmək üzrə sövdələşmək" və "korrupsiya" məqsədilə İsraillə əməkdaşlıq ediblər. Onların hakim qarşısına çıxarıldıqları iddia olunur.
Qeyd edək ki, Sesil Koler və Jak Pari 2022-ci ilin mayında İranda saxlanılıblar.