Rus sülhməramlıların kobud rəftarlarına adekvat cavab verilməlidir Cümşüd Nuriyev

Siyasət 12:11 07.12.2022
Sosial şəbəkələrdə yayılan məlumatlara görə, Şuşa yaxınlığında azərbaycanlı jurnalistlər rus sülhməramlıların kobud rəftarı ilə üzləşiblər, hətta onlara təhdidlər edilib və yolları bağlanılıb. 
 
Sülməramlıların kobud hərəkətləri və davranışları Azərbaycan ictimaiyyətində birmənalı qarşılanmayıb. 
 
Məsələ ilə bağlı Ednews-a açıqlamasında politoloq Cümşüd Nuriyev qeyd edib ki,  sülhməramlılardan növbəti təxribat xarakterli hərəkətlərinin qarşısının alınması üçün advekat addımlar atılmalıdır. 
 
Onun sözlərinə görə, təkcə dövlət səviyyəsində yox, həmçinin media orqanları səviyyəsində də məsələyə münasibət bildirilməlidir. 
 
“Rus sülhməramlıların tərbiyəsiz və özbaşına hərəkətlərinə son qoymaq lazımdır. İlk növbədə Azərbaycan Mətbuat Şurasında jurnalistlərimizə kobud rəftar və təhdid edilməsi ilə bağlı  bəyanat verilməlidir. Şuraya üzv olan media və ictimai orqanların rəhbərləri öz sözünü deməlidirlər. Eyni zamanda Medianın İnkişafı Agentliyi də öz mövqeyini ortalığa qoymalıdır.  Bununla yanaşı, Milli Məclisin İnsan Hüquqları komitəsində jurnalistlərimizin hüquqlarının pozulması ilə bağlı müzakirələr və dinləmələr aparılmalıdır.  Daxili İşlər Nazirliyinin rəsmiləri də Qarabağa səfər edən media orqanların əməkdaşlarının, eləcə də adi vətəndaşların təhlükəsizliyinə cavabdeh olmalıdır. Sonda Müdafiə Nazirliyi məsələyə müdaxilə edərək sülhməramlıların rəhbərliyinə bildirməlidir ki, onların vəzifəsi təkcə erməniləri qorumaq deyil. Azərbaycan vətəndaşlarının öz doğma torpaqları – Xankəndinə və Qarabağın digər ərazilərinə səfərləri təmin edilməlidir. Sülhməramlıların nalayiq hərəkətləri qanunlarımızın kobudcasına pozulması deməkdir”. 
 
Politoloq, həmçinin vurğulayıb ki, Azərbaycan tərəfi rus sülhməramlıların missiyasının başa çatması istiqamətində ciddi tədbirlər görə bilər. 
 
“2020-ci ilin noyabrın 10-da imzalanan üçtərəfli bəyanat Azərbaycan və Ermənistan tərəfindən ratifikasiya olunmayıb. Rus sülhməramlıların BMT-nin sülhməramlı qaydalarına uyğun olan heç bir mandatı  yoxdur. Beynəlxalq hüququn prosedur qaydalarına görə, hər hansı dövlətlərarası razılaşma tərəflər arasında altı ay ərzində ratfikasiya olunmursa, həmin sənəd öz hüquqi qüvvəsini itirir. Belə olan təqdirdə Azərbaycan üçtərəfli bəyanatdan birtərəfli qaydada geri çəkilə bilər. Ermənistanın Rusiyadan uzaqlaşdığı halda Azərbaycan hansı səbəblərə görə bu ölkənin ordusunu öz ərazisində saxlamalıdır?  Biz nə qədər rus hərbiçilərinin həyasızlıqlarına dözməliyik? Sülhməramlılar üzərinə düşən öhdəlikləri və vəzifələri yerinə yetirmir, sülhdən başqa hər hoqqa ilə məşğuldurlar, məqsədyönlü şəkildə münaqişəni alovlandırırlar. Bütün bu problemlərin həll edilməsindən ötrü Azərbaycan Xarici İşlər Nazirliyi BMT-nin Təhlükəsizlik Şurasına müraciət etməlidir. Bu rus qoşunlarının ərazilərimizdən çıxarılması üçün ən doğru addım olar”. 
 
Yunis Abdullayev
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

"Peyğəmbərimizi təhqir edənlər cavab verəcəklər"
19:33 01.07.2025
Volodimir Zelenski İlham Əliyevə zəng edib
19:16 01.07.2025
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
18:58 01.07.2025
Ruben Vardanyanın məhkəməsi davam edir
18:37 01.07.2025
Ukrayna Rusiyanın İjevsk şəhərinə zərbə endirib
18:25 01.07.2025
Azərbaycan MDB-dən çıxa bilər? -Ekspert danışdı
17:45 01.07.2025
BAMF QHT-lər üçün silsilə təlimlərə start verdi
17:23 01.07.2025
Marko Rubio USAID-in ləğv olunduğunu elan etdi
17:08 01.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunun transferi üçün yenidən "İnter"lə görüşəcək
16:25 01.07.2025
AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub?
16:15 01.07.2025
"DOGE Maska qarşı tədbirlər görə bilər"
15:46 01.07.2025
Rusiyada “Su-27” qırıcısı qəzaya uğrayıb
15:31 01.07.2025
Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq maliyyələşdirmənin artırılmasına çağırıb
15:16 01.07.2025
Bakıda Rusiya vətəndaşlarından ibarət mütəşəkkil dəstələr ələ keçdi
15:01 01.07.2025
Ötən ay 6600 hektardan çox ərazi minalardan təmizlənib
14:48 01.07.2025
Yaponiya 5,5 min km dərinlikdən nadir torpaq minerallarının hasilatına başlayacaq
14:21 01.07.2025
“Sputnik Azərbaycan” işinə görə 7 nəfər saxlanıldı
14:09 01.07.2025
III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
13:31 01.07.2025
Rusdilli məktəblər bağlanır?
13:16 01.07.2025
Gələn ildən D-8 ölkələri tələbə mübadiləsi həyata keçirəcək
12:57 01.07.2025
Avropa sülhü parçalanırmı? -Analitik Baxış
12:20 01.07.2025
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu
12:05 01.07.2025
Avro 2 manatı keçdi
11:41 01.07.2025
Pezeşkian Xankəndiyə gələcək
11:26 01.07.2025
"ABŞ danışıqların bərpası üçün hərbi təhdidləri dayandırmalıdır"
11:11 01.07.2025
Yekaterinburq şəhərində qətlə yetirilən qardaşların dəfn mərasimi keçirilir
10:56 01.07.2025
ABŞ İsrailə yarım milyard dollarlıq sursat satacaq
10:41 01.07.2025
"Hamını elektrik avtomobil almağa məcbur etmək olmaz"
10:16 01.07.2025
"Cənubi Qafqazda sülh üçün dünya ictimaiyyətinin dəstəyi lazımdır"
10:02 01.07.2025
"Qarabağ"ın rəqiblərindən biri məlum oldu
09:45 01.07.2025
Türkiyə Bosfor və Dardanel boğazlarından gəmilərin tranziti üçün rüsumları artırıb
09:30 01.07.2025
ABŞ Rusiyanı Ukraynada dərhal atəşkəsə çağırdı
09:15 01.07.2025
Hissələr arasında fasilənin müddəti artırıla bilər
09:03 01.07.2025
Fransada mer və həyat yoldaşı saxlanıldı
08:33 01.07.2025
"Hökümətə dua edin"
08:18 01.07.2025
Hindistanda kimyəvi zavodda partlayış baş verib
08:03 01.07.2025
Qazaxıstanda niqab qadağan edildi
07:41 01.07.2025
Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq
07:28 01.07.2025
Anormal istilər Fransanı iflic edir -qırmızı xəbərdarlıq elan olundu
06:55 01.07.2025
Təyyarə bileti almamaq üçün 8 avtomobil qaçırdı
06:23 01.07.2025
Hamısı