Ukraynada gedən döyüşlərdə azərbaycanlı - Həlak olub - ednews.net

3 Fevral, Cümə

(+994 50) 229-39-11

Ukraynada gedən döyüşlərdə azərbaycanlı - Həlak olub

Siyasət A- A A+
Ukraynada davam edən qanlı müharibədə daha bir Gürcüstan əsilli Ukrayna vətəndaşı həyatını itirib.
 
Ednews 24News.ge nəşrinə istinadən xəbər verir ki, o, əslən Bolnisi bələdiyyəsinin Faxralı kəndindən olan 1993-cü il təvəllüdlü Bayramov Ruslan Hüseynqulu oğludur.
 
Luqansk vilayətində yaşayan Ruslan Bayramov Ukrayna Silahlı Qüvvələrinin 59-cu (OMBRr) radio-kəşfiyyat tağımı filialının operatoru kimi xidmət edib.
 
O, oktyabrın 6-da Nikolayev vilayətinin Ternovıy Podı rayonunda Rusiya tərəfinin hücumu nəticəsində həyatını itirib.
 
Müdafiəçi Ruslan Bayramov Haysın şəhərindəki qəbiristanlıqda hərbçilərin və yerli əhalinin iştirakı ilə dəfn edilib.
 
Məlumat üçün onu da bildirək ki, hal-hazırda Ruslan Bayramovun valideynlərinin yaşadığı ərazi işğal altındadır.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...