Qondarma rejimin rəhbəri və Azərbaycan tərəfindən beynəlxalq axtarışa verilən Arayik Arutyunyan Fransaya səfəri zamanı bu ölkənin yerli media nümayindələri ilə mühasibəsində Azərbaycan əleyhinə fikirlər səsləndirib.
Arutyunyan fransalı jurnalistlərə guya Azərbaycanın Qarabağda ermənilərə təhlükə törətdiyini bildirib. O, bütün Avropa ölkələrini Azərbaycanın təcavüzkar siyasətinə qarşı birləşməyi çağırıb.
“Biz başa düşürük ki, Avropanın Azərbaycanla əlaqələrdə neft və qaz maraqları var, lakin bizim Avropaya müraciətimizdə əsas məqsəd xalqımızın öz müqəddəratını və yaşamaq hüququn təyin edilməsi, eyni zamanda mövcud vasitələrlə Azərbaycanın “soyqırım və ekspansionist siyasəti”nin qarşısını almaqdır”, – deyə Arutyunyan mətbuat konfransında bildirib.
Artuyanyan, həmçinin deyib ki, guya Azərbaycan son iki il ərzində Ermənistanın ərazi bütövlüyünə təhdidlər edib, həm Ermənistana, həm də Qarabağa “işğalçılıq” siyasi yeridib.
Fransa 24 televiziyasına müsahibəsindən sonra qondarma rejimin rəhbərinin Fransanın parlamentində təmsil olunan bütün siyasi patiyaların rəhbərləri ilə görüşləri olub.
Görüşlərdə qondarma rejim və Fransa arasında dırnaqarası əlaqələrə toxunan Arutyunyan Fransanın Qarabağ münaqişəsinə verdiyi töhvələri yüksək qiymətləndirib.
“Fransa Senatı və Milli Assambleyanın Artsaxla bağlı qəbul etdiyi qətnamələr “Artsax” və Azərbaycan arasında münaqişənin hərtərəfli və daimi həllinə yardım edəcək. “Artsax” xalqının öz müqəddəratını təyin etmək və tanımaq hüququna hörmət etmək münaqişənin nizamlanmasının yeganə yoludur”, - deyə Arutyunyan bildirib.
Arutyunyan Fransa parlamentinin nümayindələri ilə görüşdə Laçın dəhlizinə də toxunub.
“Azərbaycan Laçın dəhlizini bağlamaqla “Artsax”-ın dünya ilə yeganə və son əlaqəsini kəsərək onu boğmağa çalışır. Biz dəhlizin “Artsax”-ın Ermənistan və dünya ilə bağlantısının təmin edilməsi üçün əlavə beynəlxalq təminatların cəlb olunmasını istəyirik”.
Artyunyan Fransanın Qarabağda humanitar proqramlarının həyata keçirilməsində, erməni “hərbi əsirlər”in geri qaytarılmasında və Azərbaycanın nəzarəti altında olan ərazilərdə erməni mədəniyyət abidələrinə “soyqırım”ın qarşısının alınmasında Fransanın fəal iştirakına ümid editdiyini də diqqətə çatdırıb.
Sonda qondarma rejimin rəhbəri və nümayəndə heyəti Fransada fəaliyyət göstərən Daşnaksütyun partiyasının Mərkəzi Komitəsinin üzvləri ilə görüşüb.
Yunis Abdullayev