Laçın dəhlizinin bağlanmasına filiz yataqlarının işlənməsi ilə bağlı tərəflər arasında fikir ayrılıqları səbəb olub.
Ednews xəbər verir ki, bu fikirləri Rusiya XİN-in mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova brifinq zamanı səsləndirib.
Onun sözlərinə görə, Rusiya sülhməramlı kontingenti vəziyyətin gərginliyini azaltmaq üçün fəal işləyir:
“Biz həmçinin çox yaxın gələcəkdə nəqliyyat əlaqələrinin bərpasına ümid edirik”. Zaxarova qeyd edib ki, üçtərəfli saziş imzalanarkən tərəflər öz üzərinə müvafiq öhdəliklər götürüblər və bunlara ciddi əməl edilməlidir.
“XİN Rusiya sülhməramlılarına qarşı əsassız təxribat xarakterli ittihamlara münasibət bildirməyə məcburdur. Onların haradan gəlməsindən asılı olmayaraq qəbuledilməzdir. Sülhməramlılar regionda təhlükəsizliyin təminatçısı kimi çıxış edərək öz funksiyalarını tam şəkildə yerinə yetirirlər”, deyə o yekunlaşdırıb.