Rusiya rəhbərliyində bəzi dairələr ermənilərin təsiri altındadır Tofiq Zülfüqarovdan GİZLİ MƏQAMLAR

Siyasət 17:00 20.12.2022
Mixail Aleksandrov  və Aleksandr Başkindən sonra Rusiyanın növbəti rəsmisi – Rusiya Federasiyası Raket və Artilleriya Elmləri Akademiyasının sədrinin müavini Konstantin Sivkov Azərbaycanı təhdid edib.
 
O, mətbuata müsahibəsində qeyd edib ki, Rusiya Ukrayna ilə məsələni həll etdikdən sonra Azərbaycanla məşğul olacaq. 
 
Onun sözlərinə görə, Azərbaycan Türkiyə və ABŞ-ın təhriki ilə Rusiya üçün ciddi təhlükə yaradır, Moskva bunu unutmayacaq. 
 
Məsələ ilə bağlı Ednews-a açıqlamasında sabiq XİN rəhbəri, politoloq Tofiq Zülfüqarov bildirib ki, Rusiya rəhbərliyində erməni lobbisinin maraqlarına xidmət edən və müxtəlif mövqeli siyasi dairələr var. Söhbət zamanı o, qeyd edib ki, həmin dairələrin Azərbaycanla bağlı münasibəti və baxışları fərqlənir. 
 
“Onların bu günlərdə belə fəallaşması erməni lobbisinin təsirindən irəli gəlir. Biz başa düşməliyik ki, Ermənistan və erməni millətçiləri Rusiya ilə Azərbaycan arasında münasibətləri korlamaq, hər iki dövlətin bir-birinə qarşı qarşıdurmaya getməsi üçün bütün vasitələrdən istifadə edirlər. Azərbaycan rəhbərliyi bunu çox yaxşı anlayır və bu mövzunu daimi diqqətdə saxlayır. Təbii ki, bir çox hallarda bu cəhdləri neytrallaşdırmaq üçün imkanlar mövcuddur. Bundan isə müvafiq dövlət orqanları məşğuldur”.   
 
Tofiq Zülfüqarov Qarabağda rus sülhməramlıların öz fəaliyyətlərini razılaşdırılmış şəkildə həyata keçirməsinin zəruriliyini vurğulayıb. 
 
“Hazırda Azərbaycan rəhbərliyi Qarabağ ermənilərinin cəmiyyətimizə yenidən reinteqrasiyası istiqamətində ciddi tədbirlərin görülməsi ilə məşğuldur. Biz istəyirik ki, rus sülhməramlıları ermənilərin reinteqrasiyası prosesində bizim yanımızda olsunlar və öz fəaliyyətlərini məhz bu çərçivədə sürdürsünlər. Bundan başqa heç bir alternativ yoxdur.  Əgər rus sülhməramlıları bu işdə bizə maneçilik törətməyə çalışsalar, o zaman Azərbaycan və Rusiya arasında münasibətlər kəskinləşəcək. Bizimlə reinteqrasiya prosesinə cəlb olunmaq Rusiyanın marağında olmalıdır. Regionda hazırki geosiyasi vəziyyəti nəzərə alaraq Azərbaycan bu istiqamətdə tələblərini irəli sürür. Rus sülhməramlıları ya reinteqrasiya prosesində bizə yardımçı olacaqlar, ya da onların fəaliyyət priotetləri müəyyən çərçivədə məhdudlaşacaq”. 
 
Bir çox ekspertlər kimi Tofiq Zülfüqarov da Rusiyanın bəzi dairələrinin regionda təxribat törətməkdə maraqlı olduğunu bildirib. 
 
“Təkcə Rusiya və Ermənistan yox, həmçinin bəzi Qərb dairələri, xüsusilə Fransa proseslərə açıq şəkildə müdaxilə edir və erməni maraqlarına uyğun təbliğat aparır.  Fransada, eləcə də Avropanın bəzi ölkələrində təbliğat aparılır ki, guya Qarabağda ciddi humanitar böhran yaşanır. Ərazilərimizdə siyasi vəziyyətin gərginləşməsi üçün Rusiya və Qərbdə bəzi dairlər əlindən gələni edir. Ancaq onların təxribatları və təhdidləri bizi qorxuda bilməz. Azərbaycan ordusunun elit bölmələri Qarabağda təxribatların qarşısının alınması və təhlükəsizliyinin təmin edilməsi istiqamətində lazımi işlər görür”. 
 
Tofiq Zülfüqarov, həmçinin Rusiyanın Xəzərdə Azərbaycan və Türkmənistan arasında qaz əməkdaşlığına münasibəti barədə fikir bildirib. 
 
“Hesab edirəm ki, Xəzər regionunda siyasi vəziyyət 90-ci illərdəkindən fərqlidir. İndiki zamanda Azərbaycan və Rusiya arasında ikitərəfli əməkdaşlığın bir çox sahələri mövcuddur. Həm Bakı, həm də Moskva birgə xüsusi enerji layihələri həyata keçirir. O ki qaldı Aleksandr Başkinin fikirlərinə, onun kimi erməni diasporasının maraqlarına xidmət edən rus siyasətçiləri yalnız Azərbaycan-Rusiya münasibətlərinin korlanmasına xidmət edirlər”. 
 
Yunis Abdullayev
BAMF-ın Özbəkistan təmsilçisi Şuxrat Barlas "Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - FOTOLAR - VİDEO

Xəbər xətti

Azərbaycanda bu tarixdən köhnə avtomobillər sıradan ÇIXIR
Azərbaycanda bu tarixdən köhnə avtomobillər sıradan ÇIXIR
11:20 11.05.2024
Azərbaycan nefti cüzi ucuzlaşıb
Azərbaycan nefti cüzi ucuzlaşıb
11:17 11.05.2024
Ermənistan polisi Eçmiədzində silah-sursat gəzdirməkdə şübhəli bilinən 6 nəfəri saxlayıb
11:10 11.05.2024
Ulu Öndər Heydər Əliyev Bişkekdə anılıb
10:55 11.05.2024
BAMF-ın Özbəkistan təmsilçisi Şuxrat Barlas "Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - FOTOLAR - VİDEO
10:47 11.05.2024
Azərbaycan və Ermənistan XİN başçıları Almatıda danışıqları bu gün davam etdirəcək
Azərbaycan və Ermənistan XİN başçıları Almatıda danışıqları bu gün davam etdirəcək
10:45 11.05.2024
AVRO-2024-ün rəsmi mahnısı təqdim edildi
AVRO-2024-ün rəsmi mahnısı təqdim edildi
10:15 11.05.2024
Güllələnən icra başçısının qızına da Şuşada ev verildi
09:51 11.05.2024
Bu gündən güclü maqnit qasırğası BAŞLAYIR
09:20 11.05.2024
Bu gün Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır
09:00 11.05.2024
Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
02:12 11.05.2024
Azərbaycanın 4 parakarateçisi Avropa çempionatının finalına vəsiqə qazanıb
01:00 11.05.2024
"Kəpəz"in baş məşqçisi: Gələcək oyunlar üçün dərs çıxarmalıyıq
00:11 11.05.2024
Londonda Ulu Öndərin anadan olmasının 101-ci ildönümü qeyd edilib
23:46 10.05.2024
Ermənistanı silahlandıranlara XƏBƏRDARLIQ: "Bizdən heç kəs inciməsin" - VİDEO
23:31 10.05.2024
"Bunun acı nəticəsini Azərbaycan xalqı çəkdi" - İlham Əliyev - VİDEO
"Bunun acı nəticəsini Azərbaycan xalqı çəkdi" - İlham Əliyev - VİDEO
23:23 10.05.2024
Pakistanın Baş naziri COP29-a dəvət olunub
23:23 10.05.2024
İlham Əliyev: "Onlar bu torpaqları ermənilərə vəd vermişdilər" - VİDEO
23:11 10.05.2024
Azərbaycan cüdoçuları Avropa Kata turnirində iştirak edəcək
23:00 10.05.2024
Bayden Ukraynaya 400 milyon dollarlıq hərbi yardımla bağlı əmr imzalayıb
22:45 10.05.2024
Ukrayna ilk F-16-ları yayda alacaq
22:24 10.05.2024
Prezident Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub - YENİLƏNİB
22:11 10.05.2024
Lukaşenko Silahlı Qüvvələrin Baş Qərargah rəisini vəzifəsindən azad edib
22:00 10.05.2024
İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub - YENİLƏNİB
21:56 10.05.2024
Mamayı məscidinin bərpadan sonra açılışı olub - YENİLƏNİB
21:49 10.05.2024
Azərbaycanın qadın güləşçisi üçün olimpiadaya lisenziya şansı davam edir
21:40 10.05.2024
Şuşada Şirin su hamamının bərpadan sonra açılışı olub - YENİLƏNİB
21:30 10.05.2024
Daşkəsənə dolu düşüb
21:22 10.05.2024
BMT Fələstinin üzvlüyünün dəstəklənməsi üçün qətnamə qəbul edib - YENİLƏNİB
21:00 10.05.2024
Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti mükafatçılar bəlli olub
20:44 10.05.2024
Putin Mişustini Baş nazir təyin edib
20:20 10.05.2024
Ombudsman BMT-nin komitə üzvünü bölgədəki vəziyyət barədə məlumatlandırıb
20:00 10.05.2024
Gürcüstan parlamentinin sədri Tbilisidə avropalı nümayəndələrlə görüşməyəcək
19:50 10.05.2024
İlham Əliyev və Mehriban Əliyeva Şuşada Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanış olublar - YENİLƏNİB
19:34 10.05.2024
Azərbaycanlı gənc yazıçı vəfat etdi
19:16 10.05.2024
FHN-də Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib
19:00 10.05.2024
Ağdam Sənaye Parkına 195 milyon manat investisiya yatırılması nəzərdə tutulur -YENİLƏNİB
18:50 10.05.2024
Almatıda Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında danışıqlar başa çatıb - YENİLƏNİB-2
18:37 10.05.2024
Prezident İlham Əliyev şuşalılarla görüşdə şəhərdəki tarixi abidələrin bərpasından danışıb
18:20 10.05.2024
Prezident: Fransanın Ermənistana verdiyi öldürücü silahlar kritik həddə çatsa, onda bizdən heç kim inciməsin
18:11 10.05.2024
Hamısı