Lavrov: “Azərbaycanın təklifləri sülh müqaviləsi üçün əsas yaratmağa kömək edəcək" - ednews.net

4 Fevral, Şənbə

(+994 50) 229-39-11

Lavrov: “Azərbaycanın təklifləri sülh müqaviləsi üçün əsas yaratmağa kömək edəcək"

Siyasət A- A A+
"Danışıqlar zamanı biz sülh müqaviləsi mövzusuna, tərəflərin mövqelərinin yaxınlaşması üçün görülməli işlərə toxunduq. Azərbaycanın təklifləri hüquqi sənəd üçün əsas yaratmağa kömək edəcək". 
 
Ednews xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib. 
 
"Rusiya sülhməramlıları Qarabağda vəziyyətin nizamlanması və faydalı qazıntı yataqları ilə bağlı yaranmış fikir ayrılıqlarının aradan qaldırılması üçün mütəmadi işlər görür" - deyə Rusiya XİN rəhbəri qeyd edib. 
 
 
O bildirib ki, bu mövzu köhnədir və onun kəskinliyini aradan qaldırmaq lazımdır:
 
"Davamlı və ədalətli sülhün bərqərar olmasında hamıdan çox Rusiya maraqlıdır. Biz həmçinin imzalanmış bütün üçtərəfli bəyanatların icrasını təhlil etdik, həmçinin nəqliyyat və iqtisadi əlaqələrin bərpa olunması məsələsini müzakirə etdik".


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...