Türkiyənin "Haber 7" saytı 2022-ci ildə ölkənin həyatında baş verən önəmli olaylardan yazıb.
Ednews teleqraf.com-a istinadən bildirir ki, mühüm hadisələri bir-bir sadalayan mənbə Türkiyə-Azərbaycan münasibətlərindəki gəlişmələrə də diqqət çəkib.
Materialda Türkiyə və Azərbaycanla bağlı iki mühüm məqam yer alıb:
2022-ci il fevralın 3-də Türkiyə ilə Azərbaycan arasında Müttəfiqlik Münasibətləri haqqında Şuşa Bəyannaməsinin təsdiq edilməsi təklifi Türkiyə parlamenti tərəfindən təsdiqlənərək qanuna çevrildi. Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr, belə demək mümkünsə, qardaşlıqdan da o yana keçdi".
Manşetdə yer verilən material "Düşmənlər bir daha düşünəcək: Qardaşdan da o yana" başlığı ilə oxucularına təqdim olunub.