İrqçi fars-molla rejiminin Tehrandakı İnqilab Məhkəməsinin 15-ci bölməsi Azərbaycanın Sarab şəhərindən olan türk dili müəllimi Məhəmmədcavad Tərbiyət Mirkuhiniyə 5 il həbs cəzası verib.
Ednews xəbər verir ki, bu barədə informasiyanı “Təbriz Turan TV” Telegram kanalı yayıb.
Azərbaycanlı milli fəalın barəsində qərar Tehran Apellyasiya məhkəməsi tərəfindən təsdiqləndikdən sonra İran Ali Məhkəməsinə göndərilib.
Hələlik azərbaycanlı milli fəala qarşı irəli sürülən ittihamlar barədə açıqlama verilmir.
Qeyd edək ki, Məhəmmədcavad Tərbiyət Mirkuhi 22 sentyabr tarixində Tehran şəhərinin İnqilab küçəsində rejimin məmurları tərəfindən yaxalanıb.