Qarabağ uğrunda son müharibədən iki il sonra Azərbaycan və Ermənistan sanki yeni qarşıdurmaya doğru irəliləyirlər.
Ednews xəbər verir ki, bu barədə Beynəlxalq Böhran Qrupunun hesabatında deyilir.
Qrup ekspertlərinin rəyinə görə, Rusiyanın Ukraynadakı uğursuzluqları regiondakı bütün hesablamaları alt-üst edib.
“Yeni müharibə daha qısa, lakin 2020-ci ildəki altı həftəlik münaqişədən az dramatik olmayacaq. Həmin vaxtdan bu yana balans Azərbaycanın xeyrinə dəyişib. Ənənəvi silah alverçisi olan Rusiyanın öz ordusunu Ukraynada təchiz edə bilməməsi səbəbindən Ermənistan ordusu ordusunu və silah-sursatını artırmayıb.
Azərbaycan isə əksinə, getdikcə güclənir. Onun ordusu Ermənistan ordusundan bir neçə dəfə böyükdür, daha yaxşı təchiz olunub və Türkiyənin dəstəyini alır. Avropanın Azərbaycan qazına artan tələbatı da Bakını ruhlandırıb”, - deyə sənəddə bildirilir.