Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvləri ilə görüşüb.
Ednews xəbər verir ki, bunu diplomat “twitter” hesabında yazıb.
O, görüşün məhsuldar keçdiyini bildirib.
“Dünən axşam Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvləri ilə görüşdüm. Çox səmimi və faydalı müzakirəmiz oldu”, - səfir vurğulayıb.