“Parisin İrəvanı xilas edəcək “sehrli çubuğu” yoxdur” Politoloqdan ŞƏRH

Siyasət 14:30 16.01.2023

“Ermənistan mediasının və siyasətçilərinin xroniki narazı, pəjmürdə əhval-ruhiyyəsi belə düşünməyə əsas verir ki, Fransa Milli Assambleyasının sədri Yael Braun-Pivenin (Yael Braun-Pivet) İrəvanda verdiyi açıqlamalar onların gözləntilərini doğrultmayıb”.

Bu sözləri Ednews-a siyasi şərhçi Elçin Mirzəbəyli deyib. O, fransız spikerin İrəvan səfərindəki diqqətçəkən məqamlardan bəhs edib:

“Braun-Piveyə mətbuat konfransında ünvanlanan suallar narahatlığın və narazılığın hələ səfərdən öncə yarandığını düşünməyə əsas verir. Ola bilsin ki, buna səbəb Braun-Pivenin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində səfərdən bir həftə öncə Azərbaycanın Parisdəki səfirliyinin təşkil etdiyi tədbirə qatılan deputat Anne Genetetin də yer almasıdır. Genetet tədbirdə iştirakı ilə bağlı açıqlamasında “sülhün əldə edilməsinə parlament diplomatiyasının töhfə verə biləcəyinə inandığını” bildirib. Əslində, Yael Braun-Pivenin İrəvanda keçirdiyi mətbuat konfransında səsləndirdiyi fikirlər də Anne Genetetin açıqlamasından ciddi şəkildə fərqlənmir. Fransa Milli Assambleyasının sədrinin qənaətinə görə, mümkün sülh və dialoq gündəliyi tükənməyib və onlar bu müstəvidə bütün imkanlardan istifadə etməyiblər. Təəccüb doğuran iddiadır. Çünki Fransa Milli Assambleyasının noyabrın 20-də qəbul etdiyi qətnamə bunun əksini düşünməyə əsas verir. Mahiyyət etibarilə, həm Fransa prezidenti Emmanuel Makron, həm də Milli Assambleyanın sədri eyni siyasi düşərgəni ifadə edirlər və indiki şəraitdə onların eyni məsələ ilə bağlı fərqli mövqe sərgiləmələri inandırıcı görünmür. Manevr müstəvisində etimad limiti tükəndiyi üçün “parlament diplomatiyası”, “sülh və dialoq gündəliyi” barədə deyilənlərin diplomatik manevr olduğu da bir o qədər inandırıcı görünmür”.

Elçin Mirzəbəyli əlavə edib ki, digər tərəfdən, Fransa Milli Assambleyası, qanunverici orqan olaraq, əslində son sözünü deyib və Fransa hökumətini Azərbaycana “sanksiya tətbiq etməyə” çağırıb:

“Bu xüsusda Fransa hökumətinin mövcud reallıqlar çərçivəsində nəzəri baxımdan da olsa Azərbaycanla dialoqda olması daha inandırıcı görünür, nənki Milli Assambleyanın. O zaman Braun-Pive “sülh və dialoq gündəliyinin tükənmədiyi”ndən, “parlament diplomatiyası”ndan danışanda nəyə ümid bəsləyir, yaxud öz ölkəsinin rolunu bu prosesdə necə görür? Bu suallar hələlik açıq qalıb, amma Milli Assambleya sədrinin açıqlamalarında yer alan bəzi məqamlar “parlament diplomatiyası”, “sülh gündəliyi” və “dialoq”la bağlı mülahizələrin dilə gətirilmə səbəbləri barədə bəzi ehtimalların irəli sürülməsinə imkan yaradır. Belə məqamlardan biri Braun-Pivenin “Qarabağ erməniləri” ilə bağlı fikirlərinin dolayısıyla Ermənistan parlamentinin spikeri Alen Simonyanın mülahizələri ilə üst-üstə düşməsidir. Bu bağlamda, Braun-Pivenin açıqlamasında yer alan və mənə görə səfərin ana xəttini təşkil edən fikirlərə də diqqət çəkmək istəyirəm. Yael Braun-Pive deyir: “Biz Ermənistanda olmağa borcluyuq. Ona görə ki, gərginlik artır və bu, Ermənistanı daha asılı vəziyyətə salır”.

Qənaətimə görə, Fransa parlamentinin aşağı palatasının sədrinin açıqlamalarında nəzərə çarpan “yumşaq notlar” Ermənistanın dalana dirənməsi və Fransanın rəsmi İrəvanı hazırda mövcud kollaps vəziyyətindən çıxarmaq üçün real imkanlara malik olmaması ilə bağlıdır. “Sülh gündəliyi”nin təşviqi ilə bağlı mülahizələr də çox güman ki, buradan qaynaqlanır və rəsmi Paris bölgədəki durumun yox, məhz Ermənistanın vəziyyətinin daha da gərginləşməməsi üçün münasibətlərin mümkün qədər yumşalmasına, vaxt qazanılmasına xidmət edən dialoq mühitinin formalaşmasına can atır. Yəni rəsmi Parisin İrəvanı xilas edəcək “sehrli çubuğu” yoxdur və Ermənistan bütün hallarda bölgədəki reallıqları, Fransanın isə bu reallıqları dəyişmək gücündə olmadığını nəzərə almalıdır. Bütün bunlardan çıxarıla biləcək nəticə isə çox sadədir: təzyiqi, eləcə də Ermənistanın və himayəçilərinin cavab verə bilməyəcəyi çağırışların sayını, intensivliyini artırmaq lazımdır”.

Oğuz Ayvaz 

“Xarıbülbül” festivalı bu gün Laçında başa çatacaq - VİDEO

Xəbər xətti

“Xarıbülbül” festivalı bu gün Laçında başa çatacaq - VİDEO
09:00 13.05.2024
Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib
Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib
23:00 12.05.2024
Quba və Xaçmaza dolu yağır
Quba və Xaçmaza dolu yağır
22:40 12.05.2024
Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
22:20 12.05.2024
Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı 143 nəfərə çatıb
Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı 143 nəfərə çatıb
22:00 12.05.2024
Gürcüstanın daxili işlər naziri nümayişçilərə xəbərdarlıq edib
Gürcüstanın daxili işlər naziri nümayişçilərə xəbərdarlıq edib
21:40 12.05.2024
Nigerlə Benin arasında neft qalmaqalı yaşanır
21:20 12.05.2024
Gürcüstan parlamenti mayın 14-də qalmaqallı qanuna üçüncü oxunuşda baxacaq
Gürcüstan parlamenti mayın 14-də qalmaqallı qanuna üçüncü oxunuşda baxacaq
21:00 12.05.2024
Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək
Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək
20:45 12.05.2024
Şuşada 23 rəssamın əsərləri nümayiş olunur
20:30 12.05.2024
Şuşada “Xarıbülbül” beynəlxalq musiqi festivalı davam edir
Şuşada “Xarıbülbül” beynəlxalq musiqi festivalı davam edir
20:20 12.05.2024
Ruslar Antalyanı tərk edirlər - SƏBƏB
Ruslar Antalyanı tərk edirlər - SƏBƏB
20:00 12.05.2024
Premyer Liqa: "Sabah" səfərdə "Qəbələ"yə uduzub
19:40 12.05.2024
Gürcüstan Prezidenti Tbilisidə etiraz iştrakçilarını diqqətli olmağa çağırıb
19:20 12.05.2024
NASA Marsa 2 ayda gedə biləcək raket hazılayır
19:00 12.05.2024
ATƏT sədrinin Cənubi Qafqaza səfərinin vaxtı məlum olub
18:40 12.05.2024
XİN Braziliyaya başsağlığı ünvanlayıb - FOTO
18:20 12.05.2024
Yunanıstanın baş naziri Miçotakis Türkiyəyə gedir
Yunanıstanın baş naziri Miçotakis Türkiyəyə gedir
18:00 12.05.2024
İndoneziyada daşqınlar və torpaq sürüşmələri nəticəsində 28 nəfər ölüb
17:40 12.05.2024
Britaniya Qəzzaya humanitar yardım çatdırmaq üçün qoşun göndərməyəcək
17:20 12.05.2024
Sahibə Qafarova Özbəkistanda Asiya Qadın Forumunda iştirak edəcək
17:00 12.05.2024
DİM: 70 nəfər dövlət qulluğunda fəaliyyətini davam etdirəcək
DİM: 70 nəfər dövlət qulluğunda fəaliyyətini davam etdirəcək
16:40 12.05.2024
Rusiyanın bu ölkədəki səfiri öldü
16:20 12.05.2024
Xalq Artisti Şamil Süleymanov Şuşada olan bərpadan danışdı - VİDEO
Xalq Artisti Şamil Süleymanov Şuşada olan bərpadan danışdı - VİDEO
16:07 12.05.2024
Roma Papası hökümətləri demoqrafik böhranla mübarizəyə çağırdı
Roma Papası hökümətləri demoqrafik böhranla mübarizəyə çağırdı
16:00 12.05.2024
Gürcü bloqer Uça Abaşidze və xanımı həbs edilib
15:40 12.05.2024
Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayır
Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayır
15:20 12.05.2024
İqlim aktivisti Qreta yenidən İsveçdə saxlanıldı
İqlim aktivisti Qreta yenidən İsveçdə saxlanıldı
15:00 12.05.2024
Zaxarova “Eurovision” mahnı müsabiqəsini Qərbi Avropanın “cənazəsi” adlandırdı
14:40 12.05.2024
Ukrayna Belqorod şəhərinə zərbə endirdi: 4 ölü, 21 yaralı var
14:20 12.05.2024
Nepal alpinisti Everest dağını 29-cu dəfə fəth edib
Nepal alpinisti Everest dağını 29-cu dəfə fəth edib
14:00 12.05.2024
Ermənistanda hərbi xidmətdən yayınmağın qarşısını almaq üçün qaydalar sərtləşdirilib
13:40 12.05.2024
Gürcüstan parlamentində “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə III oxunuşda baxılacaq
13:20 12.05.2024
Şalva Papuaşvili: Aİ və NATO-nun qapıları neçə illərdir üzümüzə bağlıdır
13:00 12.05.2024
Venesuela Qayana ilə mübahisəli ərazidə körpü tikir
12:40 12.05.2024
Ərdoğan və Miçotakis bir sıra sahələr üzrə əməkdaşlıq sazişləri imzalayacaqlar
12:20 12.05.2024
Şimali Koreya yeni çoxvektorlu atəş sistemini sınaqdan keçirib
Şimali Koreya yeni çoxvektorlu atəş sistemini sınaqdan keçirib
12:00 12.05.2024
Əksər rayonlara yağış yağıb, şimal-qərb küləyi əsib - FAKTİKİ HAVA
11:40 12.05.2024
“Azərkosmos” Dubayda keçiriləcək beynəlxalq sərgidə iştirak edəcək
11:20 12.05.2024
Makron Olimpiada ərəfəsində “yoxsulluğu ört-basdır etməkdə” İTTİHAM OLUNUR - FOTO
Makron Olimpiada ərəfəsində “yoxsulluğu ört-basdır etməkdə” İTTİHAM OLUNUR - FOTO
11:00 12.05.2024
Hamısı