Türkiyə ilə İsveç münasibətləri: “Vəziyyət iki dövlət arasında daha dərin problemlər yarada bilər”

Siyasət 17:01 17.01.2023

Türkiyə, İsveç və Finlandiya dövlətlərinin terrorçu qrup olan PKK və YPG-nin təxribatçı əməllərinə göz yummasını sərt şəkildə tənqid edib.

Türkiyədə hakim olan Ədalət və İnkişaf (AK) partiyasının sözçüsü Ömər Çelikin sözlərinə görə, İsveç siyasətçilərinin və məhkəmə sisteminin terrorizm və antiterror məsələlərində qeyri-müəyyən mövqeyi ölkənin öz milli maraqlarına təhlükə yaradır.

“Bir daha demokratiya, plüralizm və azadlığı müdafiə etdiklərini iddia edənlərin bu alçaq terror aktı qarşısında susması terroru dəstəkləməkdən başqa bir şey deyil,” deyə partiyanın mətbuat rəhbəri belə əlavə edib.

Qeyd edək ki, İsveç və Finlandiya, Rusiyanın Ukraynaya qarşı müharibəsi nəticəsində ölkələrinə qarşı təhdiddən müdafiə olunmaq məqsədilə, may ayında NATO-ya üzv olmaq üçün rəsmi müraciət edib. Bunun ardından Türkiyə hər iki ölkənin NATO-ya üzv olmasını rədd edib və şərt olaraq Aİ və ABŞ qarşısında ilk növbədə terrora qarşı durmağı tələb edib.

Məsələ ilə bağlı Ednews-a açıqlamasında Türkiyədə yaşayan siyasi analitik Babək Şahid bildirib ki, İsveç özünü demokratiya və sivilizasiyanın ən mərkəzi hesab etsə də, əksinə terrorun yuvasına çevrilib.

“Əvvəla, İsveç özünü dünyanın ən demokratik və liberal ölkəsi kimi görür. Bu səbəbdən də müxtəlif terror təşkilatlarına ev sahibliyi edir. Bu sırada İsveçdəki təşkilatlar arasında PKK/PYD terror təşkilatı da var. Bundan əlavə, İsveç bir çox digər Avropa ölkələri kimi separatçı kürd qruplarının diaspor mərkəzidir”.

Ekspert deyib ki, Avropada Türkiyəyə qarşı nifrət artmaqdadır. Bu kontekstdə İsveçin Türkiyəyə qarşı PKK/PYD tərəfdarlarına müdaxilə etmədiyi göz qabağındadır.

“Təbii ki, bu vəziyyət Türkiyəni narahat edir. Çünki Türkiyə terror təşkilatlarına hərbi cəhətdən ağır zərbələr endirsə də, Avropa və İsveçin verdiyi yardımlar PKK/PYD-nin təbliğat fəaliyyətini davam etdirməsinə səbəb olur. Üstəlik, PKK/PYD Avropadakı təşkilatı ilə həm maliyyə qaynaqları yaradır, həm də silahlılar toplayır. Bu vəziyyət təşkilatın varlığını və hücumlarını davam etdirməsinə səbəb olur”.

Babək Şahid qeyd edir ki, diplomatiya terrorla mübarizədə mühüm vasitədir. İsveç kimi terror təşkilatlarını dəstəkləyən ölkələrin siyasəti bu alətdən istifadənin qarşısını alır.

“Bilirsiniz, İsveç NATO-ya daxil olmaq istəyən dövlətdir. Rusiya təhlükəsindən qaçan bir dövlətin Türkiyənin təhlükəsizlik problemlərinə əhəmiyyət verməməsi ikiüzlülükdür. Bu vəziyyət Türkiyəni narahat edir. Bundan başqa, İsveç NATO-ya daxil olmaq üçün terror təşkilatlarının qarşısını alacağı ilə bağlı Türkiyəyə bəzi vədlər verib. Bu gün bunun tələblərinin yerinə yetirilməməsi Türkiyə üçün mühüm problemdir,” deyə, ekspert vurğulayıb.

Belə bir vəziyyətin iki ölkə arasında münasibətlərə mənfi təsir edəcəyindən danışan siyasi analitik, nəticənin daha kəskin hal alacağını bildirib.

“Bəli, bu vəziyyət iki dövlət arasında dərin problemlər yaradacaq. İsveç ilk dəfə NATO-ya müraciət edəndə Türkiyənin istədiyini qəbul etməyəcəyini bildirmişdi. 2022-ci ilin sentyabrında keçirilən seçkilərdə sağ partiya tərəfdarları qalib gəlib. Yeni administrasiya NATO-ya üzv olmaq istədiklərini, Türkiyənin terrorla bağlı haqlı olduğunu və Ankaranın tələblərini yerinə yetirəcəyini bildirib. Lakin bu gün İsveç hakimiyyəti rəsmi şəkildə bunu tətbiq etmir. Bu vəziyyət İsveçin etibarsız və terroru dəstəkləyən dövlət olduğunu göstərir”.

Babək Şahid İsveçin NATO-ya üzv olmaqda Türkiyədən asılı olduğunu və onun razılığı olmadan bunun qeyri-mümkün olduğunu deyib: “Bilirsiniz, NATO-da belə bir qayda var ki, üzvlərdən biri razılıq vermədən digər dövlət üzv kimi seçilə bilməz. Bu durumda Türkiyə “hə” demədən İsveçin üzv olması mümkün deyil. NATO daxilində qərar qəbuletmə mexanizmləri və konvensiyalar buna imkan vermir. Ehtimal ki, Qərb dövlətləri və NATO-nun baş katibi Yens Stoltenberq onun üzv olması üçün təzyiq göstərəcək. Türkiyə isə üzvlüyün ratifikasiyasını parlamentə gətirməyə bilər”.

Sonda ekspert Aİ və İsveçin terroru dəstəkləməkdə güddüyü məqsədlərə, habelə Türkiyə ilə bağlı müəyyən siyasi məsələlərə toxunub:

“Əvvəla, PKK/PYD uzun müddətdir ki, Avropadadır. Bölgədə və Fransa kimi müxtəlif ölkələrdə yaşayan terror tərəfdarları var. Onlar da yaşadıqları ölkələrin vətəndaşlarıdır. Siyasi idarələr seçki vaxtlarında bu qrupların səsini almaq üçün PKK/PYD-nin əleyhinə çıxış etmir.

Digər səbəbə gəlincə, Avropada müxtəlif qruplar, partiyalar Türkiyəni sevmir. Bunun müxtəlif səbəbləri var. Xüsusilə Türkiyənin türk və müsəlman olması, Osmanlı İmperatorluğunun davam etməsi, Mustafa Kamal Atatürkün Qurtuluş Savaşında Avropanı məğlub etməsi Avropanın Türkiyəni sevməməsinin səbəblərindəndir. Digər tərəfdən Türkiyə regional güc olduğu üçün öz maraqlarını nəzərə alaraq hərəkət edir. Avropa isə Türkiyənin ondan asılı ölkə olmağını istəyir.

Avropa həm də PKK/PYD-ni bölgədə kürd dövləti qurmaq üçün dəstəkləyir. Kürd dövləti qurulsa, Türkiyə zəifləyəcək və Avropa Türkiyəni cənubdan mühasirəyə ala biləcək. Avropa da məhz bunu istəyir. Daha bir səbəb isə, İŞİD terror təşkilatının ortaya çıxması faktıdır. İŞİD Yaxın Şərqdə demoqrafik quruluşu pozub. Onun dini, PKK/PYD-nin isə dünyəvi təşkilat olduğu iddia edilib. Başqa iddialara görə  PKK/PYD İŞİD-i guya məğlub etmək üçün Aİ və Qərbə dəstək olub. Halbuki PKK və İŞİD eyni mənbədən qidalanırdı. Avropa hökumətləri PKK/PYD-yə onları mükafatlandırmaq üçün belə dəstək verirlər. Eyni zamanda, onlar regionda PKK/PYD-ni vəkil kimi görürlər”.

Elnur Ənvəroğlu  

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rubionun səsi ilə siyasətçiləri aldatdılar
17:36 09.07.2025
Fransada polis partiya qərargahına basqın edib
17:21 09.07.2025
Tramp Putin və Si Cinpini Moskva və Pekini bombalamaqla hədələyib?
17:06 09.07.2025
PKK-nın da tərksilah edilməsi türk dünyasına necə təsir edəcək?
16:51 09.07.2025
Osimhen transferi nə vaxt elan ediləcək? - "Qalatasaray" rəsmisi açıqlama verdi
16:35 09.07.2025
Əraqçı Səudiyyə şahzadəsini region üçün misilsiz təhlükə barədə xəbərdar etdi
16:20 09.07.2025
"Ukraynadakı münaqişənin həlli üçün diplomatik imkanlar tükənib"
16:05 09.07.2025
Şantajla məşğul olan gənclər yaxalandı
15:50 09.07.2025
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində işgüzar səfərdədir
15:35 09.07.2025
Pensiyaların ödənəcəyini tarix açıqlandı
15:20 09.07.2025
ABB tarixində ən yüksək reytinq göstəricisinə nail olub
15:05 09.07.2025
"Moskva Bakı ilə hüquq-mühafizə orqanları xətti ilə əlaqə saxlayır"
14:55 09.07.2025
“Ailə mübahisələrində mediasiya institutunun tətbiqinin əhəmiyyəti və beynəlxalq təcrübə” mövzusunda dəyirmi masa keçirilib
14:50 09.07.2025
ABŞ-ın Texas ştatında daşqınlar zamanı 180-dən çox insan itkin düşüb
14:35 09.07.2025
Yardımlı-Deman-Arvana magistralında yenidənqurma işlərinə başlanılıb
14:20 09.07.2025
İtaliyanın Ukraynaya yardımları rəqəmlərlə açıqlandı
14:05 09.07.2025
Türkiyənin xarici işlər və müdafiə nazirləri Pakistanda rəsmi səfərdədir
14:02 09.07.2025
"Barselona"nın Bakıda açılacaq akademiyası ilə bağlı işlərə başlanılıb
13:47 09.07.2025
Əbu-Dabidə İlham Əliyevlə Paşinyan arasında görüş keçiriləcək
13:32 09.07.2025
Rəsmi Bakı İranın Ermənistandakı səfirinə cavab verdi
13:24 09.07.2025
Qarabağ Universitetində tibb fakültəsi açıldı
13:17 09.07.2025
Azərbaycanda yeni SES-lər tikiləcək
13:02 09.07.2025
PKK-nın silahları təhvil verəcəyi tarix məlum olub
12:56 09.07.2025
İpoteka kreditlərinin maksimal məbləği artırılmayacaq
12:41 09.07.2025
Hindistanda körpünün çöküb
12:26 09.07.2025
Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış edib
12:11 09.07.2025
Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək
11:56 09.07.2025
Ankarada TDT Mədəniyyət və turizm nazirlərinin 10-cu toplantısı keçirilir
11:50 09.07.2025
Azərbaycan nefti bahalaşdı
11:41 09.07.2025
Silinmiş "ChatGPT" söhbətləri bərpa olundu
11:26 09.07.2025
Husilər Qırmızı dənizdə gəmiyə hücumun görüntülərini yaydılar
11:11 09.07.2025
Ağdam-Füzuli yolundakı qəzada xəsarət alanların son durumu açıqlanıb -Yenilənib
10:57 09.07.2025
NASA əməkdaşı unikal görüntü çəkdi
10:56 09.07.2025
Hindistan sahillərində qədim sualtı şəhər aşkarlanıb
10:42 09.07.2025
Tramp rüsumları təxirə saldı
10:27 09.07.2025
" İsrail və HƏMAS Qəzzada atəşkəsə yaxındır"
10:12 09.07.2025
İsrail HƏMAS-ın komandirlərindən birini öldürdü
09:48 09.07.2025
Klublararası dünya çempionatı: "Çelsi" finala yüksəldi
09:15 09.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar
08:43 09.07.2025
"Ukraynada kimyəvi silahdan istifadə edildiyinə dair sübutumuz var"
08:10 09.07.2025
Hamısı