“Bu gün Brüsseldə Avropa İttifaqına üzv ölkələrin XİN rəhbərlərinin görüşündə Ermənistana yeni müşahidə missiyasının göndərilməsi barədə qərar qəbul ediləcək”.
Ednews xəbər verir ki, bu barədə məlumatı Aİ-nin yüksək vəzifəli nümayəndəsinə istinadən Rusiya mediası yayıb.
Xatırladaq ki, “Azadlıq radiosu”nun erməni xidmətinin yaydığı məlumata görə, Aİ Ermənistana 2 il müddətinə yeni müşahidə missiyası göndərmək niyyətindədir.