İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hiseyn Brahim Taha Azərbaycanın təşkilatdakı daimi nümayəndəsi Şahin Abdullayevi qəbul edib.
Ednews xəbər verir ki, görüşdə tərəflər İƏT-lə Azərbaycan arasında əməkdaşlıq səviyyəsini yüksək qiymətləndiriblər.
Onlar İƏT-in gündəmində olan qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, Hiseyn Brahim Taha 2021-ci ilin noyabr ayında İƏT-in 12-ci Baş katibi kimi vəzifələrinin icrasına başlayıb.