Cənubi soydaşlarımız Tehranda səfirliyimizə olunan hücumu PİSLƏDİ - BƏYANAT - ednews.net

31 Mart, Cümə

(+994 50) 229-39-11

Cənubi soydaşlarımız Tehranda səfirliyimizə olunan hücumu PİSLƏDİ - BƏYANAT

Siyasət A- A A+

Azərbaycan Mərkəz Partiyası  baş verən terrorla bağlı bəyanat yayıb

Azərbaycan Mərkəz Partiyası İranda Azərbaycan səfirliyinə olan terror hücumla ilə bağlı bəyanat yayıb.

Bəyanatda bildirilir:

“Bu gün Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumun şahidi olduq və çox təəssüf ki, bu terror hadisəsində Azərbaycanın bir vətəndaşi şəhid olub,və iki nəfər yaralanıb. 

Azərbaycan Mərkəz Partiyası, Azərbaycan Türk millətin,  dövlətinə və şəhidin ailəsinə başsağlığını bildirir.

Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə qarşı törədilən bu terror aktını qətiyyətlə pisləyirik. Şəhidimiz üçün Uca Allahdan rəhmət diləyirik.

Baş verən  terror aktı ilə bağlı faktların üzə çıxarılmasını tələb edir və İran İslam Respublikası hökumətinin terror hadisəsinə görə cavab verməli olduğunu qeyd edirik”.

 

Ayan Rzayeva 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...