Tarixi ədalət bərqərar edilir? Qərbi azərbaycanlıların QAYIDIŞI - ŞƏRH

Siyasət 17:01 27.01.2023

Xəbər verdiyimiz kimi, dünən Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının iclası keçirilib. İclasda Qayıdış Konsepsiyası layihəsinə baxılıb və sənəd layihəsi səsə qoyularaq təsdiq edilib və Daha sonra İcmanın əsas orqanlarının genişləndirilmiş birgə iclasına təqdim edilib.

Mövzu ilə bağlı Ednews-a açıqlamasında Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərli qeyd edib ki, bu sənədin qəbul edilməsi tarixi torpaqlarımıza qayıtmaq uğrunda mübarizəmizin mühüm mərhələsidir. Bununla da son 200 ildə doğma torpaqlarından qovulan soydaşlarımızın dədə-baba yurdlarına qayıtmaq yolunda ilk addımlardam birini atmış olduq.

“Qərbi Azərbaycana Qayıdış Konsepsiyası həm beynəlxalq hüquqa söykənir, tarixi ədalətə əsaslanır. Son 200 ildə azərbaycanlılar Ermənistan tərəfindən deportasiyalara, soyqırımlarına məruz qalıb. Soydlaşlarımızın Qərbi Azərbaycandan son deportasiya zamanı 300-ə yaxın məscid, 500-ə yaxın qəbiristanlıq ermənilər tərəfindən darmadağın edilib. Qərbi Azərbaycan tarixinin və toponimlərinin dünyaya tanıdılması istiqamətində işlər aparılır”.

O qeyd edib ki, çar Rusiyası tərəfindən Cənubi Qafqazın işğalı nəticəsində bu ərazilərə ermənilər köçürüldükdən dərhal sonra Azərbaycan izlərini silmək üçün Azərbaycan toponimləri kütləvi şəkildə dəyişdirilib:

"Alimlərimiz, mütəxəssislərimiz bu istiqamətdə müəyyən işlər görüblər, bir sıra kitablar nəşr olunub. Lakin bu adların dəyişdirilməsi prosesi bu gün də davam edir. Ermənilər bəzən bizim bir yaşayış məntəqəsinin adını bir neçə dəfə dəyişirlər. Bununla da ilkin tarixi adları yaddaşlardan silməyə çalışırlar. Amma tarixi saxtalaşdırmaq heç də hər zaman mümkün deyil. Kifayət qədər tarixi mənbələr, sənədlər, sübutlar var. Sovet dönəmində, 1935-ci il yanvarın 3-dən etibarən isə Qərbi Azərbaycan ərazisindəki Azərbaycan toponimləri ermənilər tərəfindən rəsmi şəkildə dəyişdirilməyə başlanıb. Ermənistan SSRİ ali sovetinin rəyasət heyətinin bütün fərmanları əlimizdədir".

Politoloq Elxan Şahinoğlu isə açıqlamasında bildirib ki, Azərbaycanın xarici ölkələrdəki səfirliklərində bir diplomatın sırf bu işlə məşğul olması önəmlidir:

“Həmin diplomat çalışdığı ölkədə mətbuata bu barədə məlumat verməlidir. Dünya bu problemdən xəbər tutmalıdır. Qərb ölkələrində Qarabağda ermənilərin yaşadığı və onların hüquqlarının pozulduğu barədə birtərəfli fikir var. Halbuki, Ermənistanın indiki ərazisi tarixi Azərbaycan torpaqlarıdır. İllər uzunu orada azərbaycanlılar yaşayıb. Müxtəlif dövrlərdə doğma yurdlarından qovulublar. Dünyanın, bəlkə də tərəfdaşlarımızın da bu barədə məlumatı yoxdur. Demək ki, həm Azərbaycanda hüquqi baza hazırlanmalı, Qərbi Azərbaycan İcması  fəaliyyətini gücləndirməli, müxtəlif komissiyalar yaradılmalı, həm də xarici ölkələrdə sistemli fəaliyyət göstərməliyik. Bu problemə beynəlxalq təşkilatların diqqətini çəkməliyik”.

Politoloq vurğuladı ki, Qərbi Azərbaycan mövzusu ölkəmizin Ermənistan hakimiyyətinə təzyiq alətidir.

“Ermənistan sülh sazişi imzalamaqdan yayınır. Ermənistan ərazisi tarixi Azərbaycan torpaqları olsa da, bizim ərazi iddiamız yoxdur, lakin Qarabağdan əl çəkməsələr, biz Qərbi Azərbaycanın Azərbaycana birləşdirilməsi istiqamətində fəaliyyətimizi genişləndirməliyik. Qərbi azərbaycanlıların doğma yurdlarına qaytarılmasına başlasaq, onların təhlükəsizliyi ciddi məsələ olacaq. Azərbaycanlılar erməni silahlı birləşmələrinin əhatəsində yaşaya bilməzlər. Biz həm azərbaycanlıların qayıtması, həm də onların təhlükəsizliyi barədə ciddi düşünməli, planlarımızı da buna uyğun qurmalıyıq”.

Oğuz Ayvaz 

İkinci Dünya Müharibə veteranının təbriki - VİDEO

Xəbər xətti

Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
00:02 10.05.2024
Kopenhagen-Tokio reysinin təyyarəsi Bakı hava limanına təcili eniş edib
23:45 09.05.2024
Hacıqabulda avtomobil azyaşlını vurub
23:24 09.05.2024
Azərbaycanın ağır çəkidə çıxış edən güləşçisi də olimpiadaya lisenziya qazanıb
23:00 09.05.2024
Sumqayıtda 74 yaşlı qadının meyiti aşkarlanıb
22:44 09.05.2024
Beynəlxalq təşkilat: Heydər Əliyevi ehtiramla yad edirik
22:32 09.05.2024
Gürcüstanın Fransadakı səfiri “xarici agentlər haqqında” qanunun qəbuluna görə İSTEFA VERDİ
22:22 09.05.2024
Türkiyədə Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb
22:00 09.05.2024
Qahirədə atəşkəs görüşü - İsrail şərtini təqdim etdi
21:47 09.05.2024
Sumqayıtda “Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vurub
21:35 09.05.2024
Yasamalda yol qəzası olub, tıxac yaranıb
21:20 09.05.2024
Babək rayonunda fərdi yaşayış evində yanğın olub
21:07 09.05.2024
Ermənistan müxalifəti parlamentdə Paşinyanın impiçmentinə başlayır
21:00 09.05.2024
Yasamal rayonunda qəza olub, "Qələbə" dairəsi istiqamətində sıxlıq yaranıb
20:55 09.05.2024
Ukraynada səfərbərlik və hərbi vəziyyətin müddəti uzadıldı
20:45 09.05.2024
Paşinyan istefa ilə bağlı tələbi cavabsız qoydu
Paşinyan istefa ilə bağlı tələbi cavabsız qoydu
20:30 09.05.2024
Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
20:12 09.05.2024
Biləsuvarda tütün məmulatlarından istifadə qaydalarını pozanlar CƏZALANDIRILDI
19:57 09.05.2024
Elektromobil böhranı davam edir -SƏBƏB
Elektromobil böhranı davam edir -SƏBƏB
19:43 09.05.2024
Peskov: Rusiya ordusu Ermənistanı tamamilə tərk ETMİR
Peskov: Rusiya ordusu Ermənistanı tamamilə tərk ETMİR
19:22 09.05.2024
Arxiyepiskop Paşinyana bir saat vaxt verdi
19:14 09.05.2024
İrəvandə müxalifətin mitinqi başlayıb
İrəvandə müxalifətin mitinqi başlayıb
19:01 09.05.2024
Gəncədə Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş Respublika Voleybol Turniri keçirilib
18:50 09.05.2024
Hərbçilərimiz Türkiyədə TƏLİMLƏRDƏ - VİDEO
18:40 09.05.2024
Azərbaycanda hərbi təlimlər keçiriləcək
Azərbaycanda hərbi təlimlər keçiriləcək
18:30 09.05.2024
Bayden dövlətləri İsrailə silah satmamağa çağırıb
Bayden dövlətləri İsrailə silah satmamağa çağırıb
18:20 09.05.2024
Azərbaycan bu il Türkiyədən 695 milyon ABŞ dollarlıq mal alıb
Azərbaycan bu il Türkiyədən 695 milyon ABŞ dollarlıq mal alıb
17:55 09.05.2024
Ermənistanda gərginlik artıb – İrəvana əlavə qüvvələr yerləşdirilir – VİDEO
17:40 09.05.2024
Tərtər Rayon Maliyyə Şöbəsi elektrik qurğuları üçün auditor seçir
Tərtər Rayon Maliyyə Şöbəsi elektrik qurğuları üçün auditor seçir
17:35 09.05.2024
Dövlət qurumunun iki idarəsi BİRLƏŞİR
17:25 09.05.2024
Ərdoğan Rusiya və Ukraynanı danışıqları bərpa etməyə çağırıb
17:20 09.05.2024
Aİ Rusiya vəsaitlərinin Ukraynaya göndərilməsini təsdiqləyib
Aİ Rusiya vəsaitlərinin Ukraynaya göndərilməsini təsdiqləyib
17:06 09.05.2024
Müdafiə Nazirliyinin şəxsi heyəti İkinci Dünya müharibəsində həlak olanların xatirəsini yad ediblər - VİDEO
Müdafiə Nazirliyinin şəxsi heyəti İkinci Dünya müharibəsində həlak olanların xatirəsini yad ediblər - VİDEO
16:50 09.05.2024
Türkiyə İsraillə ticarət əlaqələrinin bərpası üçün şərtlərini açıqlayıb
Türkiyə İsraillə ticarət əlaqələrinin bərpası üçün şərtlərini açıqlayıb
16:40 09.05.2024
Putin Qərbə xəbərdarlıq edib: Rusiya öz təhlükəsizliyini bütün gücü ilə qoruyacaq
Putin Qərbə xəbərdarlıq edib: Rusiya öz təhlükəsizliyini bütün gücü ilə qoruyacaq
16:23 09.05.2024
Mayın 11-də Şuşa və Laçında Xarıbülbül Festivalı keçiriləcək
16:10 09.05.2024
Xocalıda insan sümükləri AŞKARLANDI
Xocalıda insan sümükləri AŞKARLANDI
16:01 09.05.2024
Gürcüstanlı nazir: Ölkədə dövlət çevrilişinə imkan verməyəcəyik
15:40 09.05.2024
Rumen Radev: Bolqarıstan Cənubi Qafqazda sabitlik və təhlükəsizliyi təşviq edir
15:20 09.05.2024
Türkiyə İraqın şimalında müntəzəm əməliyyatlara başlayıb
15:00 09.05.2024
Hamısı