"Səfirliyə edilən hücum İranın Azərbaycana qarşı ciddi mesajı ola bilər" Türkiyəli ekspertdən ÖZƏL AÇIQLAMA

Siyasət 18:13 27.01.2023

“Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumun arxasında İran kəşfiyyatının dayandığını ehtimal etmək olar”. 

Bu sözləri Türkiyənin Kocaeli Universitetinin beynəlxalq əlaqələr üzrə professoru İrfan Kaya Ülger səfirliyə edilən müəmmalı hücumla bağlı Ednews-a verdiyi şərhində deyib. 

Ekspert açıqlamasında qeyd edib ki, son zamanlar İranın Azərbaycana qarşı bir çox təxribatxarakterli addımlarına şahidi olmuşuq. 

“Ümumiyyətlə, İranda islam rejimi qurulduqdan sonra bir çox dövlətlərin səfirlikləri radikal dini qrupların hücum təhlükəsi ilə üz-üzə qalıb.

"Bildyimiz  kimi, 1979-ci ildə Tehranda bir qrup dindar tələbə ABŞ səfirliyinə hücum edərək səfirliyin işçilərini 444 gün girovluqda saxlayıb. Azərbaycan səfirliyinə silahlı hücum İranda ikinci belə bir hadisədir. İran rəsmilərinin hadisə ilə bağlı açıqlamaları həqiqəti əks etdirmir,  hətta güman etmək olar ki, onların sözlərində şübhəli məqamlar da var. Onu da nəzərə alaq ki, keçən ilin avqust ayında İngiltərənin paytaxtı London şəhərində İrana bağlı bir qrup dindarların Azərbaycan səfirliyinə hücum etməsinə şahidi olduq". Ekspert fikrinə əlavə edərək hadisənin arxasında İran hakimiyyətinin dayandığını vurğulayıb: "Bu kimi məsələləri diqqətlə nəzərdən keçirsək, hər iki hücum arasında müəyyən bağlantıların olduğunu düşünə bilərik. Bu da onu deməyə əsas verir ki, silahlı hücumun arxasında İran kəşfiyyatı dayana bilər”. 

Ekspertin sözlərinə görə, Azərbaycanın müstəqil siyasət yürütməsi İranın dini-siyasi və hərbi rəhbərliyində narahatlıq və qəzəb yaradır. 

“İkinci Qarabağ müharibəsində İran Ermənistanı dəstəklədi. Tehran Cənubi Qafqazda Azərbaycan və Türkiyənin xeyrinə yaranan geosiyasi reallıqları həzm edə bilmir. Hətta, bundan acığını çıxmaq üçün Azərbaycana qarşı hərbi-siyasi təxribatlara da əl atmaqdan çəkinmədi. Onu da qeyd edim ki, 44 günlük müharibədə Azərbaycan ordusunun qələbə çalmasında Türkiyə və İsrail istehsalı silahların mühüm rol oynaması, rəsmi Bakının Ankara və Təl-Əviv ilə hərbi və diplomatik əməkdaşlığını daha da gücləndirməsi İran rəhbərliyini qıcıqlandıran əsas amillərdir.  Məhz bu səbəblərə görə, səfirliyə silahlı hücum İranın Azərbaycana qarşı ciddi mesajı və təhdidi olması qənaətinə gələ bilərik. Bu məsələ mütləq dəqiq və ətraflı araşdırılmalıdır”. 

İrfan Kaya, həmçinin İranın Vyana konvensiyasına əsasən götürdüyü öhdəliklərinə də toxunub. 

“Azərbaycan səfirliyinin təhlükəsizliyinə zəmanət verilməməsi, ona göstərilən etinasızlıq İranın beynəlxalq öhdəliklərini açıq şəkildə pozduğunu göstərir. 1961-ci ildə bütün dünya dövlətləri tərəfindən qəbul edilən Vyana konvensiyasına görə, hər bir dövlət onun ərazisində yerləşən xarici səfirliklərin və konsuluqların təhlükəsizliyini təmin etməlidir. Amma son hadisə İran hakimiyyətinin bu konvensiyaya məhəl qoymadığını bir daha göstərdi”.  

Yunis Abdullayev

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

"Peyğəmbərimizi təhqir edənlər cavab verəcəklər"
19:33 01.07.2025
Volodimir Zelenski İlham Əliyevə zəng edib
19:16 01.07.2025
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
18:58 01.07.2025
Ruben Vardanyanın məhkəməsi davam edir
18:37 01.07.2025
Ukrayna Rusiyanın İjevsk şəhərinə zərbə endirib
18:25 01.07.2025
Azərbaycan MDB-dən çıxa bilər? -Ekspert danışdı
17:45 01.07.2025
BAMF QHT-lər üçün silsilə təlimlərə start verdi
17:23 01.07.2025
Marko Rubio USAID-in ləğv olunduğunu elan etdi
17:08 01.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunun transferi üçün yenidən "İnter"lə görüşəcək
16:25 01.07.2025
AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub?
16:15 01.07.2025
"DOGE Maska qarşı tədbirlər görə bilər"
15:46 01.07.2025
Rusiyada “Su-27” qırıcısı qəzaya uğrayıb
15:31 01.07.2025
Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq maliyyələşdirmənin artırılmasına çağırıb
15:16 01.07.2025
Bakıda Rusiya vətəndaşlarından ibarət mütəşəkkil dəstələr ələ keçdi
15:01 01.07.2025
Ötən ay 6600 hektardan çox ərazi minalardan təmizlənib
14:48 01.07.2025
Yaponiya 5,5 min km dərinlikdən nadir torpaq minerallarının hasilatına başlayacaq
14:21 01.07.2025
“Sputnik Azərbaycan” işinə görə 7 nəfər saxlanıldı
14:09 01.07.2025
III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
13:31 01.07.2025
Rusdilli məktəblər bağlanır?
13:16 01.07.2025
Gələn ildən D-8 ölkələri tələbə mübadiləsi həyata keçirəcək
12:57 01.07.2025
Avropa sülhü parçalanırmı? -Analitik Baxış
12:20 01.07.2025
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu
12:05 01.07.2025
Avro 2 manatı keçdi
11:41 01.07.2025
Pezeşkian Xankəndiyə gələcək
11:26 01.07.2025
"ABŞ danışıqların bərpası üçün hərbi təhdidləri dayandırmalıdır"
11:11 01.07.2025
Yekaterinburq şəhərində qətlə yetirilən qardaşların dəfn mərasimi keçirilir
10:56 01.07.2025
ABŞ İsrailə yarım milyard dollarlıq sursat satacaq
10:41 01.07.2025
"Hamını elektrik avtomobil almağa məcbur etmək olmaz"
10:16 01.07.2025
"Cənubi Qafqazda sülh üçün dünya ictimaiyyətinin dəstəyi lazımdır"
10:02 01.07.2025
"Qarabağ"ın rəqiblərindən biri məlum oldu
09:45 01.07.2025
Türkiyə Bosfor və Dardanel boğazlarından gəmilərin tranziti üçün rüsumları artırıb
09:30 01.07.2025
ABŞ Rusiyanı Ukraynada dərhal atəşkəsə çağırdı
09:15 01.07.2025
Hissələr arasında fasilənin müddəti artırıla bilər
09:03 01.07.2025
Fransada mer və həyat yoldaşı saxlanıldı
08:33 01.07.2025
"Hökümətə dua edin"
08:18 01.07.2025
Hindistanda kimyəvi zavodda partlayış baş verib
08:03 01.07.2025
Qazaxıstanda niqab qadağan edildi
07:41 01.07.2025
Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq
07:28 01.07.2025
Anormal istilər Fransanı iflic edir -qırmızı xəbərdarlıq elan olundu
06:55 01.07.2025
Təyyarə bileti almamaq üçün 8 avtomobil qaçırdı
06:23 01.07.2025
Hamısı