ABŞ-ın Türkiyədəki səfirliyi terror təhlükəsi ilə bağlı vətəndaşlarına xəbərdarlıq edib.
Ednews habertürk-ə istinadən xəbər verir ki, səfirlik ABŞ vətəndaşlarına diqqətli olmağı tövsiyə edib.
"ABŞ hökuməti vətəndaşlarına Qərb ölkələri vətəndaşlarının tez-tez baş çəkdiyi İstanbuldakı və ya digər yerlərdəki kilsələrə, sinaqoqlara, diplomatik missiyalara ehtimal olunan terror hücumları ilə bağlı xəbərdarlıq edir. Xüsusən, İstanbulun Beyoğlu, Qalata, Taksim və İstiklal bölgələrində", - deyə xəbərdarlıqda qeyd olunub.
Qeyd edək ki, Türkiyə prezidenti R.T. Ərdoğan bununla bağlı açıqlama verəcək.