Cənubi Qafqazda gərginlik: Rusiya Paşinyana sui-qəsd hazırlayır?

Siyasət 14:01 31.01.2023

Avropa Birliyinin Ermənistana 2 illik müşahidə missiyası göndərmək haqda qərarından sonra ABŞ və Rusiya arasında Cənubi Qafqazla bağlı gərginlik artıb. Bu isə Azərbaycanla Ermənistan arasında sülh sazişinin həyata keçməsinə mane ola bilər. Ümumiyyətlə, bu regionda vəziyyəti daha da mürəkkəbləşdirə bilər.

Məsələ ilə bağlı Ednews-a danışan millət vəkili Arzu Nağıyev bildirib ki, Rusiyanın Cənubi Qafqazda ciddi fəaliyyət göstərməməsi İranın fəaliyyət dairəsini artırır. Bu isə heç cürə ABŞ-ı qane edə bilməz. ABŞ Azərbaycanı və Türkiyəni iqtisadi və hərbi tərəfdaş saydığını açıq şəkildə bəyan edir və sülhün bərqərar olmasında iştirak etmək və nüfuzunu saxlamaq üçün mühüm addımlar atmağa çalışır.

“ABŞ Fransanın və ya Avropanın digər dövlətlərinin də regionda ondan çox nüfuz qazanmasını istəmir. Ağ Ev əsas müttəfiqi kimi Gürcüstanın da danışıqlardan kənarda qalmaması üçün çalışır. Məhz buna görə də tərəflər arasında birbaşa dialoqu dəstəkləyir və bunun zəruriliyini vurğulayır. Son zamanlar ərəb dünyasından da vasitəçilik etmək istəyən dövlətlərin artması ABŞ-ı narahat etməyə bilməz. Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ istəmir ki, yeni bir müharibə alovlansın, buna görə də münaqişənin dinc yolla həllini istəyir. Yəni tez və həqiqətən də vasitəçisiz, birbaşa dialoq yolu ilə sülh anlaşmasının olmasında maraqlıdır”. 

Deputatın fikrincə , ABŞ-ın mövqeyinə görə, bu proseslərə mane olan məhz Rusiyadır: 

“Rusiya Avropa Birliyinin Ermənistana missiya göndərmək qərarını pisləyir. Təbii ki, bu addımın Azərbaycana da hər hansı bir xeyri yoxdur. Çünki vizual kəşfiyyat aparmaq niyyətli bir missiya bizim şərti sərhədlərimizin yaxınlığında yerləşir. Əsas meyarı material toplayıb bu və ya özlərinə xeyir edən şəkildə maraqlı tərəflərə ötürməkdir və İran da buna susur. Azərbaycan sülh müqaviləsinin tezliklə imzalanmasını və regionda sülhün bərqərər olmasını arzulayır və kommunikasiyaların açılması, böyük qayıdışın təmin olunmasını istəyir. Yəni təkliflərimiz masa üzərindədir. Lakin bunu istəməyən qüvvələr cidd-cəhdlə sülhə məhz öz maraqlarından mane olmağa çalışırlar. Kimsə regionda daimi qalmaq, kimsə status-kvonu saxlamaqla vəziyyətdən iqtisadi cəhətdən yararlanmaq istəyir. Unutmaq lazım deyil ki, sülhə nail olunmasa, yenidən alovlana biləcək hərbi əməliyyatlar tək region üçün deyil, bütün hamı üçün əngəllər törədəcək! Buna görə də sülhə daha da yaxınlaşmaq və nəticəyə nail olmaq gərəkdir”.

Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli açıqlamasında qeyd edib ki, Azərbaycan yaxın 6 ayda Qarabağ ərazisindəki erməni silahlı qüvvələrinin çıxardılması üçün qarşı tərəfə qəti ultimatum verib. Əgər onlar oradan daşınıb çıxarılmasa Azərbaycanın anti-terror əməliyyatları başlayacaq.

Onun sözlərinə görə, ölkə prezidenti İlham Əliyev Yeni İl ərəfəsində jurnalistlərlə görüşdə bildirmişdi ki, Ermənistanın maksimum 2023-cü ilin sonuna qədər vaxtı var. Bu ilin sonuna kimi sülh müqaviləsi də imzalanmalıdı, sərhədlərin delimitasiyası da başa çatdırılmalıdır.

“Bir sözlə bölgəyə dayanıqlı sülh gətirilməlidir. Bəzi məsələlərdə ermənilər vaxt qazanmağa çalışacaqlarsa bu onların ziyanına olacaq. Zənnimcə bu prosesdə rus sülhməramlı qüvvələri də iştirak edir. Söhbət Azərbaycanın öz əraziləri üzərində suveren hüquqlarının tanınmasından gedir. Bu olmayacaqsa, sülh müqaviləsi də olmayacaq. Bu şəraiti yaradan da Ermənistandır. Sülh müqaviləsinin danışıqlarından imtina edən də Ermənistandır”.

Siyasi şərhçi əlavə etdi ki, yeni bir isti müharibənin yaranması, tərəflərin yenidən döyüş müstəvisinə keçməsi hər iki tərəfdən arzulanan hal deyil. Xüsusilə bu, Ermənistana sərf edən variant deyil. Çünki qarşı tərəfin buna hərbi potensialı çatmır. Ona görə də sülhyaratma prosesi münasibətlərdə aparıcı xətt təşkil edəcək. Bu ilin sonuna kimi Azərbaycanla Ermənistan arasında mümkün sülhün əldə edilməsi dedikdə məhz bu amil nəzərdə tutulur”.

Sonda Q.Hüseynli bildirdi ki, artıq proseslərə ABŞ-da daxil olub. Avropa Birliyinin vasitəçiliyi ilə sülh danışıqlarının başlanması barədə  hərəkətlər var. Güman edirəm ki, Paşinyan da sülh müqaviləsini bağlamaq istəyir. Çünki sülhün bağlanması Paşinyanın hakimiyyətdə qalmasını möhkəmləndirə bilər. Rusiya tərəfindən Paşinyanın hakimiyyətinə qarşı sui-qəsdləri var. Getdikcə də bu sui-qəsdlər daha real forma alır. Ona görə də Paşinyan bir müddət sonra sülh göyərçini kimi çıxış edəcəyini proqnozlaşdırmaq mümkündür”.

Oğuz Ayvaz

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Fransada polis partiya qərargahına basqın edib
17:21 09.07.2025
Tramp Putin və Si Cinpini Moskva və Pekini bombalamaqla hədələyib?
17:06 09.07.2025
PKK-nın da tərksilah edilməsi türk dünyasına necə təsir edəcək?
16:51 09.07.2025
Osimhen transferi nə vaxt elan ediləcək? - "Qalatasaray" rəsmisi açıqlama verdi
16:35 09.07.2025
Əraqçı Səudiyyə şahzadəsini region üçün misilsiz təhlükə barədə xəbərdar etdi
16:20 09.07.2025
"Ukraynadakı münaqişənin həlli üçün diplomatik imkanlar tükənib"
16:05 09.07.2025
Şantajla məşğul olan gənclər yaxalandı
15:50 09.07.2025
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində işgüzar səfərdədir
15:35 09.07.2025
Pensiyaların ödənəcəyini tarix açıqlandı
15:20 09.07.2025
ABB tarixində ən yüksək reytinq göstəricisinə nail olub
15:05 09.07.2025
"Moskva Bakı ilə hüquq-mühafizə orqanları xətti ilə əlaqə saxlayır"
14:55 09.07.2025
“Ailə mübahisələrində mediasiya institutunun tətbiqinin əhəmiyyəti və beynəlxalq təcrübə” mövzusunda dəyirmi masa keçirilib
14:50 09.07.2025
ABŞ-ın Texas ştatında daşqınlar zamanı 180-dən çox insan itkin düşüb
14:35 09.07.2025
Yardımlı-Deman-Arvana magistralında yenidənqurma işlərinə başlanılıb
14:20 09.07.2025
İtaliyanın Ukraynaya yardımları rəqəmlərlə açıqlandı
14:05 09.07.2025
Türkiyənin xarici işlər və müdafiə nazirləri Pakistanda rəsmi səfərdədir
14:02 09.07.2025
"Barselona"nın Bakıda açılacaq akademiyası ilə bağlı işlərə başlanılıb
13:47 09.07.2025
Əbu-Dabidə İlham Əliyevlə Paşinyan arasında görüş keçiriləcək
13:32 09.07.2025
Rəsmi Bakı İranın Ermənistandakı səfirinə cavab verdi
13:24 09.07.2025
Qarabağ Universitetində tibb fakültəsi açıldı
13:17 09.07.2025
Azərbaycanda yeni SES-lər tikiləcək
13:02 09.07.2025
PKK-nın silahları təhvil verəcəyi tarix məlum olub
12:56 09.07.2025
İpoteka kreditlərinin maksimal məbləği artırılmayacaq
12:41 09.07.2025
Hindistanda körpünün çöküb
12:26 09.07.2025
Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış edib
12:11 09.07.2025
Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək
11:56 09.07.2025
Ankarada TDT Mədəniyyət və turizm nazirlərinin 10-cu toplantısı keçirilir
11:50 09.07.2025
Azərbaycan nefti bahalaşdı
11:41 09.07.2025
Silinmiş "ChatGPT" söhbətləri bərpa olundu
11:26 09.07.2025
Husilər Qırmızı dənizdə gəmiyə hücumun görüntülərini yaydılar
11:11 09.07.2025
Ağdam-Füzuli yolundakı qəzada xəsarət alanların son durumu açıqlanıb -Yenilənib
10:57 09.07.2025
NASA əməkdaşı unikal görüntü çəkdi
10:56 09.07.2025
Hindistan sahillərində qədim sualtı şəhər aşkarlanıb
10:42 09.07.2025
Tramp rüsumları təxirə saldı
10:27 09.07.2025
" İsrail və HƏMAS Qəzzada atəşkəsə yaxındır"
10:12 09.07.2025
İsrail HƏMAS-ın komandirlərindən birini öldürdü
09:48 09.07.2025
Klublararası dünya çempionatı: "Çelsi" finala yüksəldi
09:15 09.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar
08:43 09.07.2025
"Ukraynada kimyəvi silahdan istifadə edildiyinə dair sübutumuz var"
08:10 09.07.2025
Britaniya Sarayında ixtisarlar başlayıb
07:38 09.07.2025
Hamısı