Azərbaycan İrana qarşı münasibətini dəyişəcək? Politoloqların ŞƏRHİNDƏ

Siyasət 12:30 01.02.2023

Xəbər verdiyimiz kimi, Bakıda İran casuslarına qarşı əməliyyat keçirilib. Keçirilən əməliyyat nəticəsində paytaxt və regionlarda ümumilikdə 7 nəfər saxlanılıb.

Terror hadisəsindən sonra casuslarında ifşa edilməsi İranın Azərbaycana qarşı qərəzli, məkrli olduğu bir daha sübut edildi. Üzərimizə gələn ermənilərə hər cür dəstək verən İran dünya mediasında gündəmdədir. Baş verən proseslər fonunda Azərbaycanın İrana qarşı münasibəti necə olacaq? İki qonşu ölkə arasında gərginlik hansı qərarlar yarada bilər?

Bu barədə Ednews-a politoloq Şahin Cəfərli danışıb. Onun sözlərinə görə, bizim İrana xeyirxah və ya bədxah münasibətimizdən asılı olmayaraq, bu regionda müstəqil və dünyəvi Azərbaycan dövlətinin mövcud olması faktının özünü İran bir təhdid mənbəyi kimi qəbul edir.

Politoloqun fikrincə, Azərbaycan adında bir dövlətin İranın şimal sərhədlərində mövcud olması faktının özü, bu dövlətin özünün güclənməsi faktoru İran üçün təhdiddir:

“İranın Azərbaycana münasibətinin kökündə dayanan faktor da elə budur. Azərbaycan 1991-ci ildə öz müstəqilliyini elan edəndə İran bizi tanımaqda tərəddüd etdi. Səhv etmirəmsə, müstəqilliyimizi tanıyan 16-cı dövlət oldu. Halbuki İran həm bizimlə həmsərhəd idi, həm də həmin vaxt burda konsulluğu var idi. Burdakı hadisələrdən ən yaxından bələd olan dövlət idi. Bu bölgədə bizim İrana münasibətimizdən asılı olmayaraq, İranı bizə neqativ baxışı davam edəcək. Yalnız o halda bu, dəyişə bilər ki, biz İranın təsir sferasına daxil olaq, İranın bir uzantısına çevrilək. Azərbaycan və İran burda maqnitin əks qütbləri kimi bir-birini inkar edən iki dövlətdir”.

Ş.Cəfərli eyni zamanda bilirib ki, hətta İran-Azərbaycan münasibətlərinin zahirən düzəlməsi ehtimalı da var. Amma politoloq buna baxmayaraq, bu iki dövlət arasında qarşılıqlı etimadın aradan qalxdığını vurğulayıb:

“Artıq bundan sonra İran bizə nə qədər xoş münasibət göstərsə belə, Azərbaycanda İrana qarşı o şübhələr qalacaq. Çünki bilirik ki, İranın Azərbaycana və bölgəyə gerçək münasibəti nədən ibarətdir. Bundan zahirən münasibətlərin düzəlməsi və bu ritorikadan çəkilməsini yaxın gələcəkdə istisna etmirəm. Amma qarşılıqlı etimadın olması, qarşılıqlı münasibətlərin isə ikinci Qarabağ müharibəsindən öncəki dövrə qayıtması ehtimalını zəif görürəm”.

Politoloq Rəşad Bayramov isə bildirib ki, Tehrandakı səfirliyimizə qarşı baş vermis hadisə təbii olaraq Azərbaycan İran münasibətlərini daha da gərginləşdirəcək. Çünki baş verənlər özünü “din qardaşı” adlandıran İranın rəsmi dairələri və kütləvi informaisya vasitələri tərəfindən Azərbaycan əleyhinə uzun müddətdir ki, aparılan təbliğatın, düşmənçilik siyasətinin məntiqi nəticəsidir. İranın Azərbaycana qarşı sərgilədiyi destruktiv mövqe nəticə etibarilə bu cür terror aktını stimullaşdırdı.

“Bundan əvvəl Böyük Britaniyada səfirliyimizə hücumun arxasında da İran Xüsusi Xidmət orqanlarına bağlı dini radikal qrupun dayandığını nəzərə alaraq demək olar ki, indiki hücum da əvvəlcədən planlaşdırılmış hücumdur və İran buna görə cavab verməlidir. Çünki, İran kimi totalitar dövlətlərdə bu kimi hadisələrin xüsusi xidmət orqanlarının nəzarətindən kənar baş verməsi heç bir halda inandırıcı deyil və hesab edirəm ki, baş vermiş terror aktında İran xüsusi xidmət orqanlarının rolu ciddi şəkildə araşdırılmaqla İran rəsmilərindən izahat tələb olunmalıdır. Xüsusilə də bu ölkədə baş verməkdə olan son hadisələr fonunda İran rəsmiləri ya ayrı-ayrı ölkə səfirliklərini qorumaqda aciz olduqlarını etiraf etməli, ya da Azərbaycana, eyni zamanda Türk və İslam dünyasına düşmən dövlət olduğunu açıq şəkildə bəyan etməlidir”.

Onun sözlərinə görə səfirlik əməkdaşlarının təxliyyə edilməsi və nəticə etibarilə diplomatik fəaliyyətin dayandırılması ilə bağlı verilmiş qərar isə kifayət qədər ciddi qərardır. Bundan sonrakı dövrdə İranda səfirliyimizin fəaliyyətinin bərpa olunması və ya iki ölkə arasında münasibətlərin necə olacağı isə tamamilə rəsmi Tehranın davranışlarından asılı olacaq.

“Əgər rəsmi Tehran bu terror aktınn arxasında dayanan qüvvələrin ifşa olunması istiqamətində konkret addımlar atmayacaqsa, əgər Azərbaycan əleyhinə fəaliyyəti yenə də davam etdirəcəklərsə, əgər bundan sonra da düşmənçilik mövqeyi sərgiləyəcəklərsə o zaman hər hansı diplomatik münasibətlərdən də söhbət gedə bilməz. Odur ki, İranın nəhayətdə ağlını başına yığması və baş verənlərdən nəticə çıxarması şərtdir. Hələ ki, biz bu istiqamətdə müsbət addımların şahidi olmuruq. Elə Azərbaycan XİN-nin İrana səyahət etmək istəyənlərə xəbərdarlığı və zərurət olmadığı halda bu kimi səyahətlərdən çəkinməyə dəvət etməsi də iki ölkə arasındakı münasibətlərin nə qədər gərgin olduğunu sübut edir. Bir daha vurğulayıram ki, bizim İranla münasibətlərimizin gələcəyi bu ölkənin davranışlarından və Azərbaycanla bağlı yürütdüyü siyasətdən asılı olacaq”.

Oğuz Ayvaz 

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

"Peyğəmbərimizi təhqir edənlər cavab verəcəklər"
19:33 01.07.2025
Volodimir Zelenski İlham Əliyevə zəng edib
19:16 01.07.2025
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
18:58 01.07.2025
Ruben Vardanyanın məhkəməsi davam edir
18:37 01.07.2025
Ukrayna Rusiyanın İjevsk şəhərinə zərbə endirib
18:25 01.07.2025
Azərbaycan MDB-dən çıxa bilər? -Ekspert danışdı
17:45 01.07.2025
BAMF QHT-lər üçün silsilə təlimlərə start verdi
17:23 01.07.2025
Marko Rubio USAID-in ləğv olunduğunu elan etdi
17:08 01.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunun transferi üçün yenidən "İnter"lə görüşəcək
16:25 01.07.2025
AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub?
16:15 01.07.2025
"DOGE Maska qarşı tədbirlər görə bilər"
15:46 01.07.2025
Rusiyada “Su-27” qırıcısı qəzaya uğrayıb
15:31 01.07.2025
Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq maliyyələşdirmənin artırılmasına çağırıb
15:16 01.07.2025
Bakıda Rusiya vətəndaşlarından ibarət mütəşəkkil dəstələr ələ keçdi
15:01 01.07.2025
Ötən ay 6600 hektardan çox ərazi minalardan təmizlənib
14:48 01.07.2025
Yaponiya 5,5 min km dərinlikdən nadir torpaq minerallarının hasilatına başlayacaq
14:21 01.07.2025
“Sputnik Azərbaycan” işinə görə 7 nəfər saxlanıldı
14:09 01.07.2025
III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
13:31 01.07.2025
Rusdilli məktəblər bağlanır?
13:16 01.07.2025
Gələn ildən D-8 ölkələri tələbə mübadiləsi həyata keçirəcək
12:57 01.07.2025
Avropa sülhü parçalanırmı? -Analitik Baxış
12:20 01.07.2025
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu
12:05 01.07.2025
Avro 2 manatı keçdi
11:41 01.07.2025
Pezeşkian Xankəndiyə gələcək
11:26 01.07.2025
"ABŞ danışıqların bərpası üçün hərbi təhdidləri dayandırmalıdır"
11:11 01.07.2025
Yekaterinburq şəhərində qətlə yetirilən qardaşların dəfn mərasimi keçirilir
10:56 01.07.2025
ABŞ İsrailə yarım milyard dollarlıq sursat satacaq
10:41 01.07.2025
"Hamını elektrik avtomobil almağa məcbur etmək olmaz"
10:16 01.07.2025
"Cənubi Qafqazda sülh üçün dünya ictimaiyyətinin dəstəyi lazımdır"
10:02 01.07.2025
"Qarabağ"ın rəqiblərindən biri məlum oldu
09:45 01.07.2025
Türkiyə Bosfor və Dardanel boğazlarından gəmilərin tranziti üçün rüsumları artırıb
09:30 01.07.2025
ABŞ Rusiyanı Ukraynada dərhal atəşkəsə çağırdı
09:15 01.07.2025
Hissələr arasında fasilənin müddəti artırıla bilər
09:03 01.07.2025
Fransada mer və həyat yoldaşı saxlanıldı
08:33 01.07.2025
"Hökümətə dua edin"
08:18 01.07.2025
Hindistanda kimyəvi zavodda partlayış baş verib
08:03 01.07.2025
Qazaxıstanda niqab qadağan edildi
07:41 01.07.2025
Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq
07:28 01.07.2025
Anormal istilər Fransanı iflic edir -qırmızı xəbərdarlıq elan olundu
06:55 01.07.2025
Təyyarə bileti almamaq üçün 8 avtomobil qaçırdı
06:23 01.07.2025
Hamısı