“Soydaşlar haqqında qanun qəbul etməliyik”.
Ednews xəbər verir ki, bunu deputat Fazil Mustafa Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı bildirib.
“Beynəlxalq dövlətlərdə olan torpaqlarda gözümüz yoxdur, amma soydaşlarımızı düşünməliyik. Hansı ki, bu qanun dünya azərbaycanlılarının həmrəyliyinə yönələ bilər. Ölkə hüdudlarında kənarda yaşayan həmvətənlərimizin hüquqlarının qorunmasını bu qanunla təmin edə bilərik” – deyə, deputat bildirib.
Deputat İranla bağlı da tənqidi fikirlər səsləndirib:
“Milyonlarla pul vəsaiti xüms adı ilə İrana göndərilir. Halbuki İslamda bu adda vergi yoxdur. Düşünürəm ki, bu cür vəsaitlərin göndərilməsi terrora dəstək kimi qiymətləndirilməlidir. Eyni zamanda yas yerlərində, meyxanaçılar arasında İranyönümlü təbliğat aparılır. Düşünürəm ki, bu məsələyə də nəzarət gücləndirilməlidir”.