Akop Arşayanın Moskvaya səfəri Cənubi Qafqazda nələr dəyişə bilər? Politoloqdan ŞƏRH

Siyasət 14:08 03.02.2023

Xəbər verdiyimiz kimi, Ermənistan parlamentinin - Milli Assambleyanın vitse-spikeri, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Parlament Assambleyasının (PA) siyasi məsələlər və beynəlxalq əməkdaşlıq komissiyasının sədri Akop Arşayanın başçılıq etdiyi nümayəndə heyəti Moskvaya gedib.

Moskva hazırda KTMT-dəki “erməni üsyanına” təmkinli münasibət göstərmək zorundadır. Ermənistan isə bundan istifadə edərək, indi də yeni sərsəm tələblər irəli sürməkdədir. Bütün bunların fonunda Qafqazda siyasi proseslər necə olacaq? Azərbaycan-Ermənistan münasibətləri gərgin qalmaqda davam edəcəkmi?

Mövzu ilə bağlı Ednews-a danışan politoloq Elçin Mirzəbəyli bildirdi ki, rəsmi İrəvan ardıcıl şəkildə KTMT-nin Ermənistanın təhlükəsizliyinə cavab verə bilmədiyi tezisini gücləndirmək üçün hər dəfə təxribat törədir və daha sonra isə KTMT-yə kömək üçün müraciət ünvanlayırdı. Şübhəsiz ki, Nikol Paşinyan da, onu təlimatlandıranlar da KTMT-nin Azərbaycana qarşı olan heç bir prosesdə yer almayacağını başa düşməyəcək qədər axmaq deyildilər.

“Hələ Serj Sərkisyanın prezidentliyi və baş nazirliyi dönəmində KTMT çərçivəsində aparılan müzakirələrdə digər üzv dövlətlər Azərbaycana münasibətdə öz mövqelərini açıq şəkildə ifadə etmişdirlər. Amma buna baxmayaraq, KTMT-nin Azərbaycanla qarşıdurmaya cəlb edilməsi istiqamətində İrəvanın təxribatları, həmçinin Ermənistan mediasında sözügedən təşkilat əleyhinə total kampaniya səngimək bilmirdi. Ermənistanın bölgəyə regiondankənar qüvvələrin cəlb edilməsi ilə bağlı yürütdüyü siyasət və hazırda göz önündə olan mənzərə əslində hədəfin nədən ibarət olduğunu tam çılpaqlığı ilə ortaya qoyur”.

E.Mirzəbəyli hesab edir ki, Ermənistan parlamentinin - Milli Assambleyanın vitse-spikeri, KTMT Parlament Assambleyasının siyasi məsələlər və beynəlxalq əməkdaşlıq komissiyasının sədri Akop Arşayanın Moskvadakı sərsəmləmələrinə də məhz bu kontekstdən yanaşmaq lazımdır:

“Ermənistan Türk Dövlətləri Təşkilatının genişlənəcəyindən və zamanla hərbi-siyasi bloka çevriləcəyindən narahatdır. Hətta gələcəkdə Rusiyanın da belə bir təsisatda təmsil oluna biləcəyi ehtimalı var. Dünya dəyişir və bu dəyişiklik hazırda mövcud hərbi siyasi mənzərənin konfiqurasiyasını da dəyişə bilər. Rusiyanın rəsmi mənbələrində federasiyaya daxil olan subyektlərdə yaşayan türk əsilli xalqların ümumi sayının ölkə əhalisinin 16,9% təşkil etdiyi bildirilir. Amma türklərin təkcə muxtariyyətlərdə deyil, Rusiyanın bütün ərazisində yaşadığını nəzərə alsaq, real göstəricinin xeyli çox olduğunu müəyyənləşdirə bilərik. Qazaxıstanın araşdırma mərkəzlərinin 2015-ci ildə aparıldıqları araşdırmalara görə, Rusiyada, öz tarixi vətənlərində yaşayan və bu ölkəyə SSRİ dövründə, eləcə də daha sonra gələn türklərin sayı 40 milyondan çoxdur. Bu isə ölkə əhalisinin 40%-i deməkdir. Yenə də rəsmi göstəricilərə görə, Rusiyanın İslam inanclı əhalisinin sayı 20-25 milyon nəfərdir. Bütün bu göstəricilər Rusiyanın həm də türk və müsəlman ölkəsi olduğunu təsdiqləyir. Sözügedən federasiyanın türk xalqları və dövlətləri, eləcə də müsəlman ölkələri və İslam Konfransı Təşkilatı ilə münasibətlərinin hər zaman yüksək səviyyədə tutulmasını zəruri edir”.

Siyasi şərhçi qeyd etdi ki, avrasiyaçılıq, Rusiya, yaxud türk-slavyan birliyi və bu kimi digər nəzəriyyələrin, təxminən 2000-ci illərin əvvəllərindən başlayaraq, Rusiyada və bir sıra slavyan xalqlarının yaşadığı ölkələrdə önə çıxması təsadüfi deyil:

“Rus dövlətçiliyi klassik türk dövlətçiliyinin bir parçasıdır. Rusiyanın "Avrasiyaçılıq" konsepsiyası bu ölkənin vahid bir dövlətə çevrilməsinin rus-slavyanlarla deyil, turanlılarla - türklərlə - və monqollarla bağlı olduğunun etirafı ilə başlayır. Qeyd edim ki, həm türk (Osmanlı), həm də rus imperiyalarında Çingizilərin varisləri, həm də taxt-tacın varisləri hesab olunurdular. Osmanlı imperiyasında Krım xanları - Gireylər Osmanlı sülaləsinin taxt-taca varisi olmayacağı təqdirdə, dövlətin qanuni varisləri sayılırdılar. Rusiyada isə Çingizilər çardan sonra ən yüksək statusa sahib idilər. Buna nümunə olaraq, xristianlığı qəbul edənədək Xudaykul  adını daşıyan Petr İbrahimoviçi, yaxud Simeon Bekbulatoviçi göstərmək olar. Bütün bunları nəzərə alsaq, Ermənistanın və bu mutant ölkəni türk-slavyan dünyasının mərkəzində bölücü faktor kimi qoruyub saxlayanların əndişəsini başa düşmək olar".

Oğuz Ayvaz 

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

"Peyğəmbərimizi təhqir edənlər cavab verəcəklər"
19:33 01.07.2025
Volodimir Zelenski İlham Əliyevə zəng edib
19:16 01.07.2025
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
18:58 01.07.2025
Ruben Vardanyanın məhkəməsi davam edir
18:37 01.07.2025
Ukrayna Rusiyanın İjevsk şəhərinə zərbə endirib
18:25 01.07.2025
Azərbaycan MDB-dən çıxa bilər? -Ekspert danışdı
17:45 01.07.2025
BAMF QHT-lər üçün silsilə təlimlərə start verdi
17:23 01.07.2025
Marko Rubio USAID-in ləğv olunduğunu elan etdi
17:08 01.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunun transferi üçün yenidən "İnter"lə görüşəcək
16:25 01.07.2025
AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub?
16:15 01.07.2025
"DOGE Maska qarşı tədbirlər görə bilər"
15:46 01.07.2025
Rusiyada “Su-27” qırıcısı qəzaya uğrayıb
15:31 01.07.2025
Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq maliyyələşdirmənin artırılmasına çağırıb
15:16 01.07.2025
Bakıda Rusiya vətəndaşlarından ibarət mütəşəkkil dəstələr ələ keçdi
15:01 01.07.2025
Ötən ay 6600 hektardan çox ərazi minalardan təmizlənib
14:48 01.07.2025
Yaponiya 5,5 min km dərinlikdən nadir torpaq minerallarının hasilatına başlayacaq
14:21 01.07.2025
“Sputnik Azərbaycan” işinə görə 7 nəfər saxlanıldı
14:09 01.07.2025
III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
13:31 01.07.2025
Rusdilli məktəblər bağlanır?
13:16 01.07.2025
Gələn ildən D-8 ölkələri tələbə mübadiləsi həyata keçirəcək
12:57 01.07.2025
Avropa sülhü parçalanırmı? -Analitik Baxış
12:20 01.07.2025
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu
12:05 01.07.2025
Avro 2 manatı keçdi
11:41 01.07.2025
Pezeşkian Xankəndiyə gələcək
11:26 01.07.2025
"ABŞ danışıqların bərpası üçün hərbi təhdidləri dayandırmalıdır"
11:11 01.07.2025
Yekaterinburq şəhərində qətlə yetirilən qardaşların dəfn mərasimi keçirilir
10:56 01.07.2025
ABŞ İsrailə yarım milyard dollarlıq sursat satacaq
10:41 01.07.2025
"Hamını elektrik avtomobil almağa məcbur etmək olmaz"
10:16 01.07.2025
"Cənubi Qafqazda sülh üçün dünya ictimaiyyətinin dəstəyi lazımdır"
10:02 01.07.2025
"Qarabağ"ın rəqiblərindən biri məlum oldu
09:45 01.07.2025
Türkiyə Bosfor və Dardanel boğazlarından gəmilərin tranziti üçün rüsumları artırıb
09:30 01.07.2025
ABŞ Rusiyanı Ukraynada dərhal atəşkəsə çağırdı
09:15 01.07.2025
Hissələr arasında fasilənin müddəti artırıla bilər
09:03 01.07.2025
Fransada mer və həyat yoldaşı saxlanıldı
08:33 01.07.2025
"Hökümətə dua edin"
08:18 01.07.2025
Hindistanda kimyəvi zavodda partlayış baş verib
08:03 01.07.2025
Qazaxıstanda niqab qadağan edildi
07:41 01.07.2025
Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq
07:28 01.07.2025
Anormal istilər Fransanı iflic edir -qırmızı xəbərdarlıq elan olundu
06:55 01.07.2025
Təyyarə bileti almamaq üçün 8 avtomobil qaçırdı
06:23 01.07.2025
Hamısı