Rusiya Azərbaycan-Ermənistan arasında SÜLHƏ NİYƏ ƏNGƏL OLUR? ŞƏRH

Siyasət 15:01 08.02.2023
Rusiya Azərbaycan-Ermənistan arasında sülh danışıqlarında vasitəçilik təşəbbüsünü yenidən ələ almağa çalışır. Uzun müddətdir danışıqlar prosesinin dayanması Moskvanı yenidən təşəbbüsü ələ almağa həvəsləndirib. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla son  telefon danışığının əsas mövzusu da iki ölkə arasında təmasların bərpa edilməsinə yönəlib.
 
Siyasi ekspertlər hesab edir ki, Moskva İrəvanın qeyri-rasional siyasəti ucbatından danışıqlarda yaranmış bu boşluqdan istifadə etmək istəyir.
 
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında da telefon danışığı olub. Bəs bu dəfə Rusiyanın danışıqlar təşəbbüsü alınacaqmı? Vaşinqton və Brüssel formatları aktivləşəcək? 
 
Bu barədə Ednews-a politoloq Xəyal Bəşirov münasibət bildirib. O, qeyd edib ki, əslində ötən il danışıqlar prosesində aktivlik oldu. Danışıqlar bir neçə platformada aparılırdı. Brüssel platforması ilə yanaşı, Rusiya platforması da var idi. 
 
“Ötən ilin sonlarına yaxın təkcə Brüssel formatı deyil, Rusiya formatı da Ermənistanın davranışları, təxribatları üzündən dalana dirəndi, sıfırlandı. İkinci Qarabağ müharibəsindən sonrakı müddətdə danışıqlar prosesində heç zaman son 3-4 aydakı kimi durğunluq vəziyyəti müşahidə olunmayıb. İndi ilin əvvəllidir, vasitəçi mərkəzlər yenidən aktivləşmək istəyirlər. Bu dəfə Rusiya ilə yanaşı, ABŞ-də vasitəçilik missiyası ilə təşəbbüsü ələ almaq istəyir. Rusiya isə ABŞ-dən önə çıxmağa çalışır. Ona görə də Sergey Lavrov Azərbaycanla Ermənistanın xarici işlər nazirlərinin Moskvada görüşünün təşkil edilməsinə hazır olduqlarını bəyan etdi. Brüsselin də danışıqlar masasını yenidən təşkil etmək cəhdlərinin şahidi oluruq”.
 
Siyasi şərhçi əlavə etdi ki, əgər Rusiya tərəfindən danışıqlar prosesi daha tez bərpa ediləcəksə, xarici işlər nazirlərinin Rusiyada görüşü təşkil olunucaqsa, Ermənistan mümkün qədər çalışacaq ki, yenidən Fransanın iştirakı ilə Brüssel platforması bərpa olunsun: 
 
“Hətta Ermənistan ABŞ-nin vasitəçiliyi ilə üçüncü platformanın da aktivləşməsini istəyəcək. Çünki eyni vaxtda 3-4 platformada danışıqların aparılması prosesin uzanması və nəticəyə gəlinməməsi ehtimalını artırır. Ermənistan isə vaxt udmaq üçün danışıqlar prosesinin mümkün qədər uzanmasında maraqlıdır. Azərbaycan Brüssel platformasını dəstəkləyirdi. Bu platforma çərçivəsində aparılan danışıqlarda bir sıra müsbət nəticələr də əldə olunmuşdu. Ancaq Ermənistan prosesi pozdu və Fransanın diktəsi ilə, başda Brüssel platforması olmaqla, bütün danışıqları iflic vəziyyətə gətirdi. Ermənistanın üzündən bu gün danışıqlar prosesi mövcud deyil”.
 
X.Bəşirovun sözlərinə görə, Rusiya təşəbbüsü ələ almağa çalışsa da, məqsəd, sadəcə, dominantlığı öz əlində saxlamaqdır, real nəticəli danışıqlar prosesini başlatmaq və sülh sazişinin imzalanmasına nail olmaq deyil.
 
Oğuz Ayvaz
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

"Peyğəmbərimizi təhqir edənlər cavab verəcəklər"
19:33 01.07.2025
Volodimir Zelenski İlham Əliyevə zəng edib
19:16 01.07.2025
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
18:58 01.07.2025
Ruben Vardanyanın məhkəməsi davam edir
18:37 01.07.2025
Ukrayna Rusiyanın İjevsk şəhərinə zərbə endirib
18:25 01.07.2025
Azərbaycan MDB-dən çıxa bilər? -Ekspert danışdı
17:45 01.07.2025
BAMF QHT-lər üçün silsilə təlimlərə start verdi
17:23 01.07.2025
Marko Rubio USAID-in ləğv olunduğunu elan etdi
17:08 01.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunun transferi üçün yenidən "İnter"lə görüşəcək
16:25 01.07.2025
AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub?
16:15 01.07.2025
"DOGE Maska qarşı tədbirlər görə bilər"
15:46 01.07.2025
Rusiyada “Su-27” qırıcısı qəzaya uğrayıb
15:31 01.07.2025
Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq maliyyələşdirmənin artırılmasına çağırıb
15:16 01.07.2025
Bakıda Rusiya vətəndaşlarından ibarət mütəşəkkil dəstələr ələ keçdi
15:01 01.07.2025
Ötən ay 6600 hektardan çox ərazi minalardan təmizlənib
14:48 01.07.2025
Yaponiya 5,5 min km dərinlikdən nadir torpaq minerallarının hasilatına başlayacaq
14:21 01.07.2025
“Sputnik Azərbaycan” işinə görə 7 nəfər saxlanıldı
14:09 01.07.2025
III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
13:31 01.07.2025
Rusdilli məktəblər bağlanır?
13:16 01.07.2025
Gələn ildən D-8 ölkələri tələbə mübadiləsi həyata keçirəcək
12:57 01.07.2025
Avropa sülhü parçalanırmı? -Analitik Baxış
12:20 01.07.2025
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu
12:05 01.07.2025
Avro 2 manatı keçdi
11:41 01.07.2025
Pezeşkian Xankəndiyə gələcək
11:26 01.07.2025
"ABŞ danışıqların bərpası üçün hərbi təhdidləri dayandırmalıdır"
11:11 01.07.2025
Yekaterinburq şəhərində qətlə yetirilən qardaşların dəfn mərasimi keçirilir
10:56 01.07.2025
ABŞ İsrailə yarım milyard dollarlıq sursat satacaq
10:41 01.07.2025
"Hamını elektrik avtomobil almağa məcbur etmək olmaz"
10:16 01.07.2025
"Cənubi Qafqazda sülh üçün dünya ictimaiyyətinin dəstəyi lazımdır"
10:02 01.07.2025
"Qarabağ"ın rəqiblərindən biri məlum oldu
09:45 01.07.2025
Türkiyə Bosfor və Dardanel boğazlarından gəmilərin tranziti üçün rüsumları artırıb
09:30 01.07.2025
ABŞ Rusiyanı Ukraynada dərhal atəşkəsə çağırdı
09:15 01.07.2025
Hissələr arasında fasilənin müddəti artırıla bilər
09:03 01.07.2025
Fransada mer və həyat yoldaşı saxlanıldı
08:33 01.07.2025
"Hökümətə dua edin"
08:18 01.07.2025
Hindistanda kimyəvi zavodda partlayış baş verib
08:03 01.07.2025
Qazaxıstanda niqab qadağan edildi
07:41 01.07.2025
Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq
07:28 01.07.2025
Anormal istilər Fransanı iflic edir -qırmızı xəbərdarlıq elan olundu
06:55 01.07.2025
Təyyarə bileti almamaq üçün 8 avtomobil qaçırdı
06:23 01.07.2025
Hamısı