“Ərəb ölkələri ilə Azərbaycan arasında iqtisadi-siyasi əlaqələr daha da gücləndirilməlidir”.
Bu sözləri Ednews-a danışan ərəb ölkələri ilə Azərbaycan arasında yaxınlaşmanı şərh edən politoloq Məhəmməd Əsədullazadə deyib.
“Hazırda yeni dünya nizami formalaşır. Azərbaycan Qarabağ müharibəsindən sonra beynəlxalq müstəvidə əlaqələrini gücləndirməyə çalışır. Azərbaycan xarici siyasətdə təkcə Avropa ölkələri ilə yanaşı ərəb ölkələri ilə də siyasi əlaqələrini möhkəmləndirir. Qeyd edək ki, dövlət başçısı İlham Əliyevin ötən ay Birləşmiş Ərəb Əmirliklərinə səfəri, Körfəz ölkələri ilə Azərbaycan arasında turizm və siyasi-iqtisadi əlaqələrin inkişafı, həmçinin Misir prezidentinin Azərbaycana səfəri göstərir ki, ölkəmiz müsəlman-ərəb ölkələri ilə siyasi əlaqələri inkişaf elətdirir. Həm Ərəb liqası çərçivəsində, həm də İslam əməkdaşlıq Konfransı səviyyəsində əlaqələr inkişaf eləyir. BMT səviyyəsində Azərbaycanla bağlı məsələlər qaldırılanda demək olar ərəb ölkələri Azərbaycanı dəstəkləyir. Xüsusilə Qoşulmama hərəkatının bu yaxınlarda iclasında Tehranda Azərbaycan səfirliyinə edilən teror aktını pisləmək üçün qətnamə irəli sürəndə Suriyanı çıxmaq şərtilə ərəb ölkələri birmənalı şəkildə Azərbaycana öz dəstəyini göstərdi.
Dediyimiz kimi dünya yeni nizamə qədəm qoyur. Bu mərhələdə müsəlman-ərəb ölkələri ilə Azərbaycan arasında iqtisadi-siyasi əlaqələr gücləndirilməlidir. Bundan sonra bu əlaqələr daha da inkişaf etdirilməlidir. Xarici işlər Nazirimiz Körfəz və ərəb ölkələrinə mütləq şəkildə səfəri təşkil edilməlidir”.
Əbülfət Baxşəli