“Laçın yolunun qurtaracağında sərhəd və gömrük xidmətinin yaradılmasına Ermənistan mane ola bilməyəcək”.
Bu sözləri Ednews-a politoloq Elxan Şahinoğlu deyib. O, qeyd edib ki, dövlətin sərhəd və gömrük xidməti olur, ölkəyə daxil olan və çıxan nəqliyyat vasitələri və vətəndaşların sənədləri yoxlanılır. Bu, BMT-yə üzv dövlətlərin hamısında belədir.
“Beynəlxaq Ədalət Məhkəməsi “yol açıq olmalıdır” qərarını verə bilər, ancaq “ölkənin sərhəd və gömrük xidməti olmamalıdır” kimi absurd qərara imza ata bilməz. Laçın yolunun qurtaracağında sərhəd və gömrük xidmətinin yaradılmasına Ermənistan mane ola bilməyəcək, başqalarının da buna səlahiyyəti yoxdur”.
Politoloq məsələnin texniki tərəfinin həll edilməsinin önəminə diqqət çəkib:
“Məsələnin texniki tərəfi Moskva ilə danışılmalıdır ki, Laçın yolundakı rusiyalı hərbi kontingentlə problem yaşanmasın. Bu prosesi sürətləndirməyə ehtiyac var”.
Oğuz Ayvaz