Azərbaycan Respublikası İxtisaslaşdırılmış Məhkəmə Hakimləri Assosiasiyasının sədri, hazırda Bakı Apellyasiya Məhkəməsinin hakimi vəzifəsində çalışan Səadət Bəktaşi Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə hakim təyin edilib.
Ednews xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.
Deputatların səs çoxluğu ilə S.İ.Bəktaşi Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi təyin olunub.