Brüsseldə nələr müzakirə ediləcək? Metyu Brayzadan ŞƏRH

Siyasət 15:00 24.02.2023
 
“Prezident Əliyevlə Baş nazir Paşinyan arasında Münhen konfransından sonra Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin ev sahibliyi edəcəyi görüşünün mütləq əhəmiyyətinin olacağına tam olaraq əmin deyiləm. Münhendə onların arasında hər hansı bir söhbətin baş tutduğu barədə məlumatım yoxdur, amma ümid edirəm ki, bu görüşdə Prezident Əliyev və Baş nazir Paşinyan arasında qısa bir danışıq şansı əldə oluna bilər”.
 
Bu sözləri ABŞ-ın Azərbaycandakı keçmiş səfiri və ATƏT-in Minsk qrupunun sabiq həmsədri, hazırda Atlantik Şurasının eksperti Metyu Brayza Ednews-a yaxın günlərdə Brüsseldə Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişelin təşkilatçılığı ilə Ermənistan və Azərbaycan tərəflərinin iştirak edəcəyi görüşü şərh edərkən deyib.
 
O, bildirib ki, Münhen Konfransında Rusiyanın Ukraynanı işğal etməsi ilə bağlı olan danışıqlar daha çox üstünlük təşkil edib. 
 
“Odur ki, konfransda Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan və Ermənistan liderlərinin sakit bir ortamda söhbət etməsi hər iki lider üçün əla bir yer hesab etmək olardı, amma belə bir söhbət təşkil olunsaydı sadəcə təəccüblənərdim. Hər bir halda, Şarl Mişelin yenidən iki lideri bir araya gətirməsi həqiqətən çox yaxşı bir addımdır. O, onların bir-biri ilə yaxşı ünsiyyət qurmalarına və bu prosesdə müəyyən müsbət impuls yaratmağa kömək edən təcrübəyə malikdir.Uzun illər bundan əvvəl dediyim kimi, bu mediasiya prosesinin həmişə ehtiyac duyduğu şey Avropa İttifaqının yalnız üzv dövlətlərdən birinin deyil, bütövlükdə prosesdə fəal vasitəçi olması idi. Mən Avropa İttifaqının Şarl Mişel kimi bacarıqlı bir şəxsin timsalında bu məsələdə rol aldığına çox şadam”,- deyə keçmiş səfir qeyd edib.
Metyu Brayza Rusiyasının Xarici işlər naziri Lavrovun Azərbaycana səfərinin bu görüşə hansı təsirlərinin olacağına toxunarkən bunları deyib:
 
“Rusiya Xarici işlər naziri Lavrovun səfərinin Prezident Əliyevlə Baş nazir Paşinyan arasında görüşə necə təsir edəcəyini heç kim bilmir. Azərbaycanda hər kəsin bildiyi kimi, bütövlükdə dəhliz məsələsi, etirazlar və Rusiya sülhməramlılarının bu problemi həll etmək iqtidarında olmaması və ya istəyinin olmaması səbəbindən indi Azərbaycanla Ermənistan arasında ciddi gərginlik var. Beləliklə də, bu, böyük bir gündəm doğuran məsələdir. Düşünürəm ki, Lavrovun diqqəti hər şeydən çox Ukraynaya yönəlib, lakin Lavrovun da tarixi var. Mən öz şəxsi təcrübəmdən bilirəm ki, Lavrov Qarabağ münaqişəsinin həllində müsbət rol oynamağa çalışan biridir. Onunla birlikdə olduğum bir çox görüşlərdən də onun hər zaman  konstruktiv və yaradıcı olduğu mənə məlum olub. Buna görə də ümid edirəm ki, onun Şarl Mişelin nail olmağa çalışacaqları ilə birgə öz təklifləri də bunu  tamamlayacaq. Amma təxminimə görə, Lavrovun əsas məqsədi dünyaya və rus xalqına Rusiyanın Ermənistanla Azərbaycan arasında münasibətlərdə vasitəçi rolunun hələ də oynamalı olduğunu göstərməkdir”.
 
Üçüncü sualı sırf spekulyativ hesab edən keçmiş səfir ən azından “ciddi qərarlar olub-olmadığını kim bilir?” sualını belə cavablandırıb.
 
“Bu, prezidentlərdən asılı olan bir məsələdir. Bu, onların bir-birlərinə dediklərindən asılıdır, bəlkə də Münhendə onlar razılığa gəliblər, bunu yalnız onlar bilir. Amma onu da deyim ki, onların bəzi mühüm qərarlar qəbul etmə şanslarının getdikcə müsbət hal almasını hiss edirəm, çünki hər iki lider, həm Prezident Əliyev, həm də Paşinyan sülh razılaşmasına nail olmaq istəyirlər. Buna mane olan isə Ermənistandakı müxalif yönlü insanlardır”.
Sonda cənab Brayza Ruben Vardanyanın Qarabağda təxribatla məşğul olması barədə də fikir bildirib. 
 
“Düşünürəm ki, Ruben Vardanyanın Xankəndində olması çox korroziyaya səbəb oldu, çünki o, açıq-aydın sülh sazişinin olmasını istəmir və görünür, yalnız Ermənistanla Azərbaycan arasında gərginliyin artmasında maraqlıdır. Ola bilsin ki, o, hər kəsdən daha güclü erməni millətçisi kimi görünərək, Ermənistanın lideri Paşinyana meydan oxumaq üçün özünə hansısa siyasi fürsət yaratmağa çalışır”, deyə o vurğulayıb.
 
Ülviyyə Şahin
 

İkinci Dünya Müharibə veteranının təbriki - VİDEO

Xəbər xətti

Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
00:02 10.05.2024
Kopenhagen-Tokio reysinin təyyarəsi Bakı hava limanına təcili eniş edib
23:45 09.05.2024
Hacıqabulda avtomobil azyaşlını vurub
23:24 09.05.2024
Azərbaycanın ağır çəkidə çıxış edən güləşçisi də olimpiadaya lisenziya qazanıb
23:00 09.05.2024
Sumqayıtda 74 yaşlı qadının meyiti aşkarlanıb
22:44 09.05.2024
Beynəlxalq təşkilat: Heydər Əliyevi ehtiramla yad edirik
22:32 09.05.2024
Gürcüstanın Fransadakı səfiri “xarici agentlər haqqında” qanunun qəbuluna görə İSTEFA VERDİ
22:22 09.05.2024
Türkiyədə Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb
22:00 09.05.2024
Qahirədə atəşkəs görüşü - İsrail şərtini təqdim etdi
21:47 09.05.2024
Sumqayıtda “Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vurub
21:35 09.05.2024
Yasamalda yol qəzası olub, tıxac yaranıb
21:20 09.05.2024
Babək rayonunda fərdi yaşayış evində yanğın olub
21:07 09.05.2024
Ermənistan müxalifəti parlamentdə Paşinyanın impiçmentinə başlayır
21:00 09.05.2024
Yasamal rayonunda qəza olub, "Qələbə" dairəsi istiqamətində sıxlıq yaranıb
20:55 09.05.2024
Ukraynada səfərbərlik və hərbi vəziyyətin müddəti uzadıldı
20:45 09.05.2024
Paşinyan istefa ilə bağlı tələbi cavabsız qoydu
Paşinyan istefa ilə bağlı tələbi cavabsız qoydu
20:30 09.05.2024
Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
20:12 09.05.2024
Biləsuvarda tütün məmulatlarından istifadə qaydalarını pozanlar CƏZALANDIRILDI
19:57 09.05.2024
Elektromobil böhranı davam edir -SƏBƏB
Elektromobil böhranı davam edir -SƏBƏB
19:43 09.05.2024
Peskov: Rusiya ordusu Ermənistanı tamamilə tərk ETMİR
Peskov: Rusiya ordusu Ermənistanı tamamilə tərk ETMİR
19:22 09.05.2024
Arxiyepiskop Paşinyana bir saat vaxt verdi
19:14 09.05.2024
İrəvandə müxalifətin mitinqi başlayıb
İrəvandə müxalifətin mitinqi başlayıb
19:01 09.05.2024
Gəncədə Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş Respublika Voleybol Turniri keçirilib
18:50 09.05.2024
Hərbçilərimiz Türkiyədə TƏLİMLƏRDƏ - VİDEO
18:40 09.05.2024
Azərbaycanda hərbi təlimlər keçiriləcək
Azərbaycanda hərbi təlimlər keçiriləcək
18:30 09.05.2024
Bayden dövlətləri İsrailə silah satmamağa çağırıb
Bayden dövlətləri İsrailə silah satmamağa çağırıb
18:20 09.05.2024
Azərbaycan bu il Türkiyədən 695 milyon ABŞ dollarlıq mal alıb
Azərbaycan bu il Türkiyədən 695 milyon ABŞ dollarlıq mal alıb
17:55 09.05.2024
Ermənistanda gərginlik artıb – İrəvana əlavə qüvvələr yerləşdirilir – VİDEO
17:40 09.05.2024
Tərtər Rayon Maliyyə Şöbəsi elektrik qurğuları üçün auditor seçir
Tərtər Rayon Maliyyə Şöbəsi elektrik qurğuları üçün auditor seçir
17:35 09.05.2024
Dövlət qurumunun iki idarəsi BİRLƏŞİR
17:25 09.05.2024
Ərdoğan Rusiya və Ukraynanı danışıqları bərpa etməyə çağırıb
17:20 09.05.2024
Aİ Rusiya vəsaitlərinin Ukraynaya göndərilməsini təsdiqləyib
Aİ Rusiya vəsaitlərinin Ukraynaya göndərilməsini təsdiqləyib
17:06 09.05.2024
Müdafiə Nazirliyinin şəxsi heyəti İkinci Dünya müharibəsində həlak olanların xatirəsini yad ediblər - VİDEO
Müdafiə Nazirliyinin şəxsi heyəti İkinci Dünya müharibəsində həlak olanların xatirəsini yad ediblər - VİDEO
16:50 09.05.2024
Türkiyə İsraillə ticarət əlaqələrinin bərpası üçün şərtlərini açıqlayıb
Türkiyə İsraillə ticarət əlaqələrinin bərpası üçün şərtlərini açıqlayıb
16:40 09.05.2024
Putin Qərbə xəbərdarlıq edib: Rusiya öz təhlükəsizliyini bütün gücü ilə qoruyacaq
Putin Qərbə xəbərdarlıq edib: Rusiya öz təhlükəsizliyini bütün gücü ilə qoruyacaq
16:23 09.05.2024
Mayın 11-də Şuşa və Laçında Xarıbülbül Festivalı keçiriləcək
16:10 09.05.2024
Xocalıda insan sümükləri AŞKARLANDI
Xocalıda insan sümükləri AŞKARLANDI
16:01 09.05.2024
Gürcüstanlı nazir: Ölkədə dövlət çevrilişinə imkan verməyəcəyik
15:40 09.05.2024
Rumen Radev: Bolqarıstan Cənubi Qafqazda sabitlik və təhlükəsizliyi təşviq edir
15:20 09.05.2024
Türkiyə İraqın şimalında müntəzəm əməliyyatlara başlayıb
15:00 09.05.2024
Hamısı