Azərbaycan UNESCO-da Beynəlxalq Frankofoniya Günündə iştirak edib - ednews.net

30 May, Çərşənbə axşamı

(+994 50) 229-39-11

Azərbaycan UNESCO-da Beynəlxalq Frankofoniya Günündə iştirak edib

Siyasət A- A A+

Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyindən Ednews-a verilən xəbərə görə, tədbirdə 42 ölkə iştirak edib.

Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyi sözügedən tədbirə müşahidəçi qismində qoşulub.

Ölkəmiz tədbirdə 19-cu əsrdə Şuşada yaşamış Azərbaycan şairi və rəssamı Xurşudbanu Natəvanın “Gül dəftəri”ndən üç rəsm əsərini sərgidə nümayiş etdirib.

Musiqi proqramına gəldikdə isə “Ay, Laçın” və “Sarı gəlin” kompozisiyalarını balaban və zurnada Səddam Novruzbəyov, udda İqnasio Naon və nağarada Neşet Kutasdan ibarət istedadlı trio ifa edib.

Tədbir iştirakçıları milli mətbəximizin dolma və qutab kimi məşhur təamlarından, Novruz bayramının rəmzlərindən olan paxlava və şəkərburadan dadıblar. Hər zaman olduğu kimi milli musiqimiz və milli mətbəximiz qonaqların yüksək rəğbətini qazanıb.



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...