Rəsmi Moskva Azərbaycan və Ermənistanı danışıqları bərpa etməyə çağırdı - VİDEO - ednews.net

4 İyun,

(+994 50) 229-39-11

Rəsmi Moskva Azərbaycan və Ermənistanı danışıqları bərpa etməyə çağırdı - VİDEO

Siyasət A- A A+
Moskva Bakı ilə İrəvan arasında düşmənçilik ritorikasının və Qarabağda insidentlərin artmasından, tərəflərin güzəştə getmək istəməməsindən bərk narahatdır.
 
Ednews  xəbər verir ki, bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi mətbuat konfransında səsləndirib.
 
Onun sözlərinə görə, Rusiya tərəfi dinc danışıqlara alternativin olmaması mövqeyindən çıxış edir və tərəfləri bəyanatlarında təmkinli olmağa, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının bütün yolu üzrə danışıqları bərpa etməyə çağırır:
 
“Ermənistan-Azərbaycan normallaşması prosesində Qərb və Aİ meydana çıxdı və genişmiqyaslı problemlər yarandı. Sülh və kömək etmək istəyi ilə bağlı deyilən sözlərin arxasında tam əks hərəkətləri görürük”.
Mariya Zaxarova çıxışı zamanı yenə "Dağlıq Qarabağ" ifadəsini işlədib.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...