ÇİN Yaxın Şərqdə YENİ SİYASI GÜCƏ çevrilə bilərmi? İordaniyalı siyasətçidən təfərrüatlar – ÖZƏL

Siyasət 18:00 03.04.2023
Səudiyyə Ərəbistanı və İran arasında münasibətlərin normallaşması prosesinə Çinin vasitəçilik etməsi bu ölkənin Yaxın Şərq regionunda yeni siyasi gücə çevrildiyini göstərir. 
 
Paytaxt Pekində dörd gün davam edən danışıqlar nəticəsində İran və Səudiyyə Ərəbistanı təmsilçiləri iki ölkə arasında münasibətləri yoluna qoymaq, o cümlədən diplomatik əlaqələri bərpa etmək barədə razılığa gəliblər. Ötən illərdə iki ölkə rəsmiləri arasında Oman Sultanlığı və İraqda bir neçə görüş baş tutmuşdu. 
 
Körfəz regionunun iki aparıcı gücü arasında uzun illərdən bəri davam edən və qonşu dövlətlər üçün təhdidə çevrilən siyasi gərginlik məhz Çinin vasitəçilik etməsi ilə normallaşmağa başladı. Bu da beynəlxalq aləmdə böyük siyasi rezonansa səbəb oldu. Hətta bəzi analitiklərin fikrincə, Çin dünya liderliyində ABŞ-ı əvəz etməyə çox yaxındır. 
 
Yaxın Şərqdə Çinin artan nüfuzu, həmçinin, bu ölkənin yeni dünya nizaminda yeni siyasi gücə çevrilməsinin təfərrüatlarını iordaniyalı siyasi ekspert Hişam Həbişan Ednews-a özəl açıqlamasında şərh edib. 
 
“Səudiyyə Ərəbistanının Çinin sədrlik etdiyi Şanxay Əməkdaşlıq Təşkilatına “dialoq tərəfdaşı” kimi qoşulmağa razılıq verməsi Körfəz Krallığının nəhəng Asiya ölkəsi ilə əlaqələrinin artmasından xəbər verir. Səudiyyə-İran münasibətlərində uğurlu vasitəçilik Körfəz regionunda və Yaxın Şərqdə Çinin ilk siyasi fəaliyyətidir. Bu təşəbbüsün nəticə verməsinə səbəb region ölkələrinin rəsmi Pekinə etimad göstərməsidir. Çinin iqtisadiyyatı və dünya ölkələri ilə ticari əlaqələri gündən-günə inkişaf edir. Bununla yanaşı, bu Uzaq Şərq ölkəsi siyasi münaqişə və qarşıdurmalardan uzaq bir ölkədir, müstəmləkəçilik tarixi yoxdur. Bu da onun diplomatiya və danışıqlarda müsbət imicinin formalaşmasına səbəb olub”.  
 
 
Ekspert qeyd edib ki, Çinin vasitəçilik təşəbbüsünün uğur qazanmasının altında yatan səbəb İran və Səudiyyənin Avropa və ABŞ ilə aralarındakı gərginlikdir. Belə ki, İran və Qərb arasında nüvə silahı ilə bağlı ittihamlar, Səudiyyə Ərəbistanı ABŞ münasibətlərində isə neft ixracı və insan haqları məsələlərində mövcud mübahisələr və Səudiyyənin xarici siyasətdə müstəqil addımlar atmaq istəyi yeni bir gücün ortaya çıxmasına səbəb oldu. 
“Çin bu missiyanı üzərinə götürə biləcək ən real tərəf idi. Digər tərəfdən, Çinin həm Səudiyyə, həm də İranla iqtisadi və ticarət əlaqələr var. O bundan danışıqlar zamanı konsensual həll yolları tapmaq üçün "etibarlılıq və yaxşı niyyətinin" sübutu kimi istifadə etdi”.
 
Hişam Həbişan onu da qeyd edib ki, Çin özünü dünyada sülhü bərqərar etməyə çalışan bir qüvvə kimi göstərir.
 
“Çin əvvəllər Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün sülh təklifi ilə çıxış etdi, indi də Səudiyyə Ərəbistanı ilə İran arasındakı fikir ayrılıqlarını həll etmək üçün vasitəçi oldu. Bununla o, ABŞ-dan fərqli olaraq, münaqişəyə meyilli olmayıb, qlobal sülhü və təhlükəsizliyi dəstəkləyən tərəf olduğunu sübut etmək niyyətindədir”.
 
Söhbət zamanı İordaniyalı ekspert Çinin Yaxın Şərq regionundakı maraqlarına da toxunub. Bildirib ki, rəsmi Pekinin regionda sülhü dəstəkləməsi Çinin, xüsusilə, Körfəz neftinə, İraqda enerji sektoruna investisiya yatırmaq imkanlarına fürsət açır. Eyni zamanda, Suriyanın mövcud infrastrukturu Çin şirkətləri üçün iqtisadi imkanlar təşkil edə bilər. Bununla da Çin özünün siyasi yanaşması ilə ABŞ-a alternativ qüvvə olduğunu beynəlxalq aləmə göstərmək istəyir.
 
 
Törə Zeynallı
Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO

Xəbər xətti

Qubada çörək sexində yanğın olub
06:40 09.05.2024
Lukaşenko: “Afrika Qərb müstəmləkəçiliyindən bezib, bizə ehtiyacı var”
05:15 09.05.2024
Biləsuvarda Qara Qarayev adına Azərbaycan Dövlət Kamera orkestrinin konserti olub
04:54 09.05.2024
UEFA Konfrans Liqasında ilk finalçı müəyyənləşib
03:52 09.05.2024
KİV: Ermənistan KTMT üzvü olaraq qalır
02:11 09.05.2024
"Real" "Bayer 04" klubunun futbolçusunu transfer etmək istəyir
01:22 09.05.2024
9 May - Faşizm üzərində Qələbə günüdür
00:01 09.05.2024
Elçin Əmirbəyov BMT Baş katibinin köməkçisi ilə COP29-u müzakirə edib
23:55 08.05.2024
Azərbaycan və Türkiyənin təhsil nazirləri əməkdaşlığı müzakirə ediblər
23:29 08.05.2024
Azərbaycanla Türkiyə arasında iqtisadi sahədə 120 maddəlik fəaliyyət planı qəbul edilib
22:53 08.05.2024
Hikmət Hacıyev və BMT Baş katibinin köməkçisi iqlim dəyişikliyi ilə mübarizə üzrə fəaliyyəti müzakirə edib
22:46 08.05.2024
İsrailli diplomat: Azərbaycanda yəhudilərin azadlıq və bərabərliyini görmək ürəkaçandır
22:43 08.05.2024
Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO
Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO
22:32 08.05.2024
Türkiyə səfiri Rəsulzadə adına liseyin şagirdlərini qəbul edib
22:22 08.05.2024
Paşinyan AİB-ni birlik ölkələrinin milli maraqlarını nəzərə almağa çağırıb
22:00 08.05.2024
Aİ səfirləri Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin müsadirə edilməsi barədə qərar qəbul edib
21:44 08.05.2024
Ermənistanın Ombudsman Aparatı İrəvandakı mitinqlə əlaqədar fövqəladə rejimdə işləyəcək
21:20 08.05.2024
“Le Figaro”: Azərbaycan-Ermənistan sülh müqaviləsinin COP29-dan əvvəl imzalanması simvolik hadisə ola bilər
21:10 08.05.2024
Hərbi xidmətdən yayınmağa şərait yaradan vəzifəli şəxsin məhkəməsi başlayır
21:00 08.05.2024
Bakıda və rayonlarda intensiv yağış yağıb, temperatur aşağı düşüb - FAKTİKİ HAVA
20:50 08.05.2024
Rusiyanın Londondakı səfiri Britaniya XİN-ə çağırıldı - SƏBƏB
20:40 08.05.2024
Ərdoğan: Bakı ilə İrəvan arasında sülh sazişi ən qısa zamanda imzalanmalıdır
20:32 08.05.2024
Mərakeşin COP29-da iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb
20:24 08.05.2024
Qəbələnin Bunud kəndi yağıntılar səbəbindən subasmaya məruz qalıb
20:20 08.05.2024
ABŞ-nin Ermənistandakı səfiri İrəvanla Bakı arasında razılaşmanı dəstəkləyib
20:11 08.05.2024
Biləsuvarda yol qəzası olub, xəsarət alanlar var
20:00 08.05.2024
Şolts və Zelenski Ukrayna ilə bağlı konfransı müzakirə ediblər
19:50 08.05.2024
Ceyhun Bayramov İsrail diplomatı ilə post-münaqişə dövründə regionda mövcud vəziyyət barədə danışıb
19:47 08.05.2024
Türkiyə-Azərbaycan biznes forumu başlayıb
19:30 08.05.2024
Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb
19:15 08.05.2024
Ermənistan KTMT-nin maliyyələşdirilməsində iştirakını dayandırır
19:00 08.05.2024
ASK və Bolqarıstan Sənaye Kapitalı Assosiasiyası Anlaşma Memorandumu imzalayıb
18:36 08.05.2024
MDB ölkələrinin səfirləri Bakıda “Qardaşlıq məzarlığı” Memorial kompleksi önünə gül dəstələri qoyub
18:24 08.05.2024
Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - YENİLƏNİB
18:17 08.05.2024
Ərdoğan Əli Əsədovu qəbul etdi
17:45 08.05.2024
İlham Əliyev İsmail Serageldini təltif etdi
17:32 08.05.2024
XƏBƏRDARLIQ: Dolu düşəcək, bəzi ərazilərə sulu qar yağacaq
17:10 08.05.2024
Xocalı qatili Vitali Balasanyan da təxribatçı keşişə qatıldı
Xocalı qatili Vitali Balasanyan da təxribatçı keşişə qatıldı
17:03 08.05.2024
Boing-767 təyyarəsi İstanbula qəza enişi edib - VİDEO
Boing-767 təyyarəsi İstanbula qəza enişi edib - VİDEO
17:00 08.05.2024
Bolqarıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı
16:49 08.05.2024
Hamısı