“Türkiyə Azərbaycan və Ermənistan arasında sülh sazişinin tezliklə imzalanmasını zəruri hesab edir”.
Ednews xəbər verir ki, bunu Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu Ankarada rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransında deyib.
“Bu məsələ ilə bağlı, o cümlədən Rusiya ilə məsləhətləşmələri davam etdirəcəyik”, - deyə Çavuşoğlu qeyd edib.