"ATƏT-in Minsk Qrupunun işi hazırda dondurulub, lakin bu format hələ də lazım ola bilər".
Ednews "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu İrəvanda səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla birgə keçirdiyi mətbuat konfransında deyib.
Osmani əlavə edib ki, ancaq ATƏT-in ermənilər və azərbaycanlılar arasında sülh prosesini dəstəkləmək üçün istifadə edilə bilən bir çox başqa alətləri və mexanizmləri də var:
"Regiona məhz bu prosesi asanlaşdırmaq, sabit nizamlanmaya nail olmaq üçün gəlmişəm".