Türkiyənin regionun güclənməsi istiqamətində atdığı addımların Azərbaycan xalqı üçün faydasını 44 günlük qəhrəmanlıq dastanı yazıldığı vaxt gördük”.
Ednews xəbər verir ki, bunu Türkiyən hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini Numan Kurtulmuş keçirdiyi mətbuat konfransında çıxışı zamanı bildirib.
N. Kurtulmuş qeyd edib ki, Türkiyənin beynəlxalq aləmdə nüfuzu, milli müdafiə sənayesi bu dövlətin bütün imkanları ilə Azərbaycanın yanında olmasına şərait yaratdı:
“Nəticədə beynəlxalq təşkilatların, o cümlədən Minsk Qrupunun 30 il ərzində bu istiqamətdə heç bir addım atmadığı məsələ Türkiyənin köməyi və Azərbaycanın mübarizəsi ilə həllini tapmışdı. İnşallah, Qarabağ sonsuzadək Azərbaycanın olaraq qalacaq”.