Aprelin 25-26-da Bolqarıstanın paytaxtı Sofiyada Azərbaycan, Türkiyə, Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiya arasında genişmiqyaslı qaz sazişi imzalanacaq.
Bu saziş Azərbaycan təbii qazının Bolqarıstan vasitəsilə Mərkəzi Avropaya çatdırılmasına imkan verəcək.
Tarixi saziş haqqında Neft Araşdırmalar Mərkəzinin rəhbəri, enerji məsələri üzrə ekspert İlham Şaban Ednews-a açıqlamasında bildirdi ki, müqavilə faktiki olaraq Azərbaycanın 18 iyul 2022-ci ildə Avropa İttifaqı ilə Bakıda imzaladığı enerji sahəsində əməkdaşlığa dair memorandumdan sonra ölkəmizə Avropa ölkələri arasında imzalanacaq ikinci sənəddir.
“Ötən il Avropa Birliyi faktiki olaraq təsdiqlədi ki, Azərbaycan hasilatı ixracını 2 dəfə artırsın və mən bu həcmləri sizdən almağa hazıram. Ondan sonrakı dövrdə vəziyyətin inkişaf etməsi ona gətirib çıxartdı ki, genişləndirilən boru kəmərləri ilə yəni, Cənub qaz dəhlizi ilə Azərbaycan qazı hansı ölkələrə axacaq? Cənub, Balkan ölkələri, Şərqi Avropa ölkələrinə gedəcək? Bu daha çox marketinq tədqiqatı idi. Azərbaycan qazını almağa dimlər daha çox maraqlıdır?! 6 ölkənin imzalayacağı sənəd onu göstərir ki, Azərbaycan qazının böyük hissəsi Şərqi və Mərkəzi Avropa ölkələrinə axacaq. Çünki burda həm də Macarıstan var. Cənab Prezident İlham Əliyevin Macarıstana səfərini xatırlasaq kifayət edir. Azərbaycan qazı Slovakiyaya qədər uzanacaq. Təbii ki, bu saziş ölkəmiz üçün qürurvericidir, hadisədir”.
Xatırladaq ki, ötən ay Macarıstanın aprelin sonunda Azərbaycandan təbii qazın tədarükü üçün Bolqarıstan və Rumıniya ilə Cənub-Şərqi Avropada boru kəməri sisteminin inkişafı haqqında saziş imzalamağı planlaşdırdığı barədə məlumat verilmişdi.
Oğuz