Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb ki, Qarabağda müvəqqəti yerləşən rus sülhməramlılarının yeni komandanı, generel-polkovnik Aleksandr Lentsov Bakıya səfər edəcək.
Səfərin məqsədi barədə heç bir rəsmi məlumat yoxdur.
Məsələ ilə bağlı Ednews-a danışan hərbi ekspert Ədalət Verdiyev bildirib ki, bu generel-polkovnik Aleksandr Lentsovun Bakıya ilk səfəridir.
“Görüş çox güman ki, hesabat xarakterlidir. Yəqin ki, özünü təqdim etmək məqsədi ilə olacaq bir görüşdür. Bakıda görüş zamanı Qarabağda müvəqqəti ərazilərdə yerləşən rus sülhməramlılarının nərazərtində olan xoşa gəlməz hallar müzakirə oluna bilər”.
Ekspert həmçinin qeyd edib ki, rus sülhməramlıları erməni silahlılarına kuryerlik etməli deyil.
“Sülhməramlılar öz missiyalarını layiqincə və birgə bəyanatın şərtlərində göstərilən kimi yerinə yetirməlidirlər. Görüşdə həmçinin, Ermənistan silahlılarının Azərbaycan ərazisindən çıxarılması müzakirə ediləcək. Rus sülhməramlıların erməni silahlılarına kuryerlik etməsindən əl çəkməsi danışıqlıları aparılacaq. Onlara öz fəaliyyətlərini birgə bəyanatın şərtlərinə uyğun aparılması bildiriləcək”.
Qeyd edək ki, aprel ayında Rusiya sülhməramlı qüvvələrinin komandanı təyin edilən general-polkovnik Aleksandr Lentsov sayca kontingentə rəhbərlik edən 5-ci rəhbərdir.
İndiyə qədər kontingentə genral – leytenant Rüstəm Muradov, general-mayor Mixail Kosobokov, general-leytenant Qennadi Anaşkin və general-mayor Andrey Volkov rəhbərlik edib.
Aysel Şahmar