BMT-nin baş katibi İsrailin mülki şəxslərə hücumunu pisləyib - ednews.net

29 May, Bazar ertəsi

(+994 50) 229-39-11

BMT-nin baş katibi İsrailin mülki şəxslərə hücumunu pisləyib

Siyasət A- A A+

BMT-nin baş katibi Antonio Quterreş İsrailin mülki şəxslərə hücumunu pisləyib.

Ednews “Corriere della sera”-ya istinadən xəbər verir ki, Quterreş İsraili beynəlxalq humanitar hüquq çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə çağırıb.

İsrailin hərbi əməliyyatlarında mütənasib güc tətbiqi prinsipinə əməl etməli və mülki şəxslərə qarşı bütün tədbirləri görməli olduğunu qeyd edən Quterreş Qəzza zolağından İsrailə raket atılmasını da pisləyib.

Quterreş bütün tərəfləri münaqişəyə son qoymağa və təmkinli olmağa çağırıb və qadın və uşaqlar da daxil olmaqla mülki əhalinin itkisi ilə nəticələnən hücumu pisləyib.

Problemin həlli üçün israillilərə və fələstinlilərə dəstəyini davam etdirəcəyini bildirən Quterreş həll yolunun BMT qətnamələri, beynəlxalq hüquq və ikitərəfli razılaşmalara uyğun olması lazım olduğunu qeyd edib. 

Mehri Ağayeva 

 


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...