Xəbər verdiyimiz kimi, Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla qəsdən təxribat törədib.
Nəticədə Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Mahmudlu Müslüm Vidadi oğlu başından ağır yaralanıb, Novruzəlizadə Orxan Elxan oğlu isə şəhid olub.
Kreml Azərbaycan-Ermənistan sərhədində baş verən eskalasiyaya münasibət bildirib.
Ednews xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov açıqlama verib.
Onun sözlərinə görə, Rusiya yeni gərginlik fonunda Azərbaycan və Ermənistandan təmkinli yanaşma gözləyir.
Sözçü əlavə edib ki, Putinin hazırda İlham Əliyev və Paşinyanla təmasları planlaşdırılmır.