Fransanın Ermənistana silah tədarükü sülh gündəliyinin icrasını gecikdirə bilərmi? AÇIQLAMA

Siyasət 11:52 17.05.2023
Keçən ilin sentyabrında iki ölkə arasında əldə olunan razılaşmaya əsasən Fransa artıq Ermənistana silah tədarük etməyə başlayıb. 50 zirehli texnika və hava hücumundan müdafiə raketləri Ermənistana göndəriləcək. 
 
Bu barədə məlumat verən İsrail nəşri bunu Fransanın Qafqazdakı mübarizəyə daxil olması və İsrailin müttəfiqi Azərbaycan üçün təhlükə kimi şərh edib. 
 
 
Fransanın  Ermənistana silah göndərməsi Qarabağdakı vəziyyətə necə təsir edəcək? Azərbaycanı həqiqətən də təhlükə gözləyirmi?
 
“2022-ci ildə Ermənistan və Fransa arasında aparılan aktiv danışıqlar nəticəsində Ermənistana müvafiq hərbi yardımın göstərilməsi nəzərə alınıb. Eyni zamanda Azərbaycana qarşı qəbul edilmiş Qətnamədə də Ermənistanın silahlandırılması faktı öz əksini tapıb”.
 
Fransa ilə Ermənistan arasındakı hərbi sahədə imzalanan anlaşmanı və bunun region üçün ehtimal edilə biləcək nəticələrini Ednews-a şərh edən politoloq Amid Əliyev bildirib ki, bu ilin aprel ayında bölgəyə səfər edən Fransa XİN rəhbəri Ketrin Kolonna Ermənistanda olarkən, Fransanın İrəvandakı səfirliyində xidmət edən hərbi əməkdaşların sayının artırılacağını bəyan edib.
 
“Bir neçə gün öncə isə Fransa İrəvana yeni hərbi attaşe təyin etdi. Daha sonra isə Fransa siyasi hakimiyyəti isə Ermənistana öldürücü silahların, ardıyca isə artıq 60-a yaxın döyüş texnikasının verilmə ehtimalının olduğunu bildirdi”. 
 
 
A.Əliyev burada ortaya çıxan iki əsas məqamdan da danışıb:
 
“Birincisi, Fransa Ermənistana yardım etməklə qüvvələr nisbətində fərq yaratmaq istəyir ki, burada da əsas məqsəd Azərbaycana təzyiqin artırılmasıdır. Bu variant öz təsdiqini tapacağı halda, Kişinyov və növbəti Brüssel görüşlərinin əhəmiyyəti ciddi şəkildə zədələnmiş olur. Nəzərə almaq almaq lazımdır ki, artıq bir dəfə Praqa görüşündən dərhal sonra Fransa belə provokasiyaya əl atıb.
 
İkincisi isə, Fransadan alınan silahların Ermənistan üzərindən Rusiyaya çatdırılması faktıdır. Bu gün Ukrayna təhlükəsizlik xidməti məhz bu faktla bağlı öz narahatlığını bəyan edib. Buna əsas verən amil kimi Rusiyanın bu məsələyə hələ ki, səssiz qalmasını göstərmək olar. Hətta, Fransa KTMT-dən çıxma məsələsini də gündəliyə gətirir ki, bu da özlüyündə Rusiyanın siyasi-hərbi maraqlarına dabandabana ziddir”.
 
Siyasi şərhçi qeyd edib ki, hər iki halda Fransanın bu addımı onun  siyasi hakimiyyəti üçün ağır nəticələrə səbəb olacaq. Çünki Fransa bölgədə əsas söz sahiblərindən birinin Rusiya olduğunu çox gözəl bilir və onun xeyir-duası olmadan belə bir addım atıla bilməz.
 
“Ehtimal etmək olar ki, Fransa ilə Rusiya bu xüsusda gizli razılığa gəliblər. Bu öz təsdiqini tapsa, Fransa Qərbin, əsasən də ABŞ-ın qəzəbinə tuş gələcək.
 
Beləliklə, özü qurban olan Ermənistandan sonra növbəti qurbanın kim olacağı yaxın zamanda bilinəcək”.
 
Son olaraq, A.Əliyev əlavə edib ki, bütün bunlar Azərbaycana ciddi şəkildə təhlükə yarada bilməz:
 
“Belə ki, Azərbaycan ordusunun hazırki vəziyyəti və tutduğu mövqelər yarana biləcək təhlükələrin vaxtından əvvəl qarşısını almaq imkanı verir. Sadəcə bu cür addımlar sülh gündəliyinin icrasını bir qədər gecikdirə bilər”.
 
 
Törə Zeynal
Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO

Xəbər xətti

Moskvada Qələbə paradı keçirilir
Moskvada Qələbə paradı keçirilir
11:50 09.05.2024
Bu mədəniyyət xadimlərinə Prezidentin fərdi təqaüdü veriləcək – SİYAHI
11:35 09.05.2024
Bəzi ərazilərə yağış, Şahdağa qar yağıb - Faktiki hava
11:30 09.05.2024
Bu şəxslərə 2000 manat ÖDƏNİLDİ – RƏSMİ
11:15 09.05.2024
İsrail XİN-in siyasi direktoru Həzi Aslanovun abidəsini ziyarət edib
11:01 09.05.2024
İlham Əliyev və Mehriban Əliyeva Həzi Aslanovun məzarını ziyarət ediblər
10:45 09.05.2024
Onlayn alış-verişlə bağlı dələduzluq edən 21 yaşlı gənc SAXLANILDI
10:30 09.05.2024
Bayden ABŞ-ın İraq və Əfqanıstanla bağlı səhvlərini ETİRAF ETDİ
10:15 09.05.2024
İkinci Dünya Müharibəsinin iştirakçısı: "Sevincimdən özümü ikinci mərtəbədən atdım" - MÜSAHİBƏ
10:00 09.05.2024
ABŞ-dan Çinə növbəti ZƏRBƏ – “ChatGPT”yə giriş MƏHDUDLAŞDIRILACAQ
ABŞ-dan Çinə növbəti ZƏRBƏ – “ChatGPT”yə giriş MƏHDUDLAŞDIRILACAQ
09:45 09.05.2024
Mehriban Əliyevadan Faşizm üzərində Qələbə Günü ilə bağlı PAYLAŞIM
09:30 09.05.2024
Diabet xəstələri üçün olan qidalar niyə bahadır?
09:15 09.05.2024
Ukraynada məhbuslar da səfərbərliyə CƏLB OLUNACAQLAR
Ukraynada məhbuslar da səfərbərliyə CƏLB OLUNACAQLAR
09:00 09.05.2024
Qubada çörək sexində yanğın olub
06:40 09.05.2024
Lukaşenko: “Afrika Qərb müstəmləkəçiliyindən bezib, bizə ehtiyacı var”
05:15 09.05.2024
Biləsuvarda Qara Qarayev adına Azərbaycan Dövlət Kamera orkestrinin konserti olub
04:54 09.05.2024
UEFA Konfrans Liqasında ilk finalçı müəyyənləşib
03:52 09.05.2024
KİV: Ermənistan KTMT üzvü olaraq qalır
02:11 09.05.2024
"Real" "Bayer 04" klubunun futbolçusunu transfer etmək istəyir
01:22 09.05.2024
9 May - Faşizm üzərində Qələbə günüdür
00:01 09.05.2024
Elçin Əmirbəyov BMT Baş katibinin köməkçisi ilə COP29-u müzakirə edib
23:55 08.05.2024
Azərbaycan və Türkiyənin təhsil nazirləri əməkdaşlığı müzakirə ediblər
23:29 08.05.2024
Azərbaycanla Türkiyə arasında iqtisadi sahədə 120 maddəlik fəaliyyət planı qəbul edilib
22:53 08.05.2024
Hikmət Hacıyev və BMT Baş katibinin köməkçisi iqlim dəyişikliyi ilə mübarizə üzrə fəaliyyəti müzakirə edib
22:46 08.05.2024
İsrailli diplomat: Azərbaycanda yəhudilərin azadlıq və bərabərliyini görmək ürəkaçandır
22:43 08.05.2024
Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO
Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO
22:32 08.05.2024
Türkiyə səfiri Rəsulzadə adına liseyin şagirdlərini qəbul edib
22:22 08.05.2024
Paşinyan AİB-ni birlik ölkələrinin milli maraqlarını nəzərə almağa çağırıb
22:00 08.05.2024
Aİ səfirləri Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin müsadirə edilməsi barədə qərar qəbul edib
21:44 08.05.2024
Ermənistanın Ombudsman Aparatı İrəvandakı mitinqlə əlaqədar fövqəladə rejimdə işləyəcək
21:20 08.05.2024
“Le Figaro”: Azərbaycan-Ermənistan sülh müqaviləsinin COP29-dan əvvəl imzalanması simvolik hadisə ola bilər
21:10 08.05.2024
Hərbi xidmətdən yayınmağa şərait yaradan vəzifəli şəxsin məhkəməsi başlayır
21:00 08.05.2024
Bakıda və rayonlarda intensiv yağış yağıb, temperatur aşağı düşüb - FAKTİKİ HAVA
20:50 08.05.2024
Rusiyanın Londondakı səfiri Britaniya XİN-ə çağırıldı - SƏBƏB
20:40 08.05.2024
Ərdoğan: Bakı ilə İrəvan arasında sülh sazişi ən qısa zamanda imzalanmalıdır
20:32 08.05.2024
Mərakeşin COP29-da iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb
20:24 08.05.2024
Qəbələnin Bunud kəndi yağıntılar səbəbindən subasmaya məruz qalıb
20:20 08.05.2024
ABŞ-nin Ermənistandakı səfiri İrəvanla Bakı arasında razılaşmanı dəstəkləyib
20:11 08.05.2024
Biləsuvarda yol qəzası olub, xəsarət alanlar var
20:00 08.05.2024
Şolts və Zelenski Ukrayna ilə bağlı konfransı müzakirə ediblər
19:50 08.05.2024
Hamısı