Ermənistan və Fransa arasında olan sıx əməkdaşlıq hərbi ticarətə yansıyıb.
Ötən ilin sentyabrında iki ölkə arasında bağlanan razılığa görə hazırda 50 zirehli texnika daha sonra Minstrel hava hücumundan müdafiə raketlərinin Ermənistana gətirilməsi planlaşdırır.
Bu proses Azərbaycan-Fransa iqtisadi münasibətlərinə necə təsir göstərə bilər? Həmçinin Azərbaycanda olan fransalı investorlara hansısa qadağalar tətbiq edilə bilərmi?
Məsələ ilə bağlı Ednews-a danışan iqdisatçı ekspert Natiq Cəfərli bildirib ki, bu hadisə Fransa-Azərbaycan iqtisadi münasibətlərinə mənfi təsir göstərməyəcək. Onun sözlərinə görə Fransa hakim dairələrinin Ermənistanı dəstəkləməsi, müasir dövrdə iki ölkə arasında olan sıx münasaibətlər nə qədər hərkəsə məlum olsa da, bu prosesi hərbi əməkdaşlıq adlandırmaq çox tezdir. Cünki, Ermənistanın Fransa ilə hərbi əməkdaşlığının olması Rusiya tərəfindən birmənalı qarşılanmayacaq. Əlavə olaraq Rusiyanın Ermənistanda güclü mövqeyi, hərbi bazalarını və Qərblə olan münasibətdə pik həddə olmasını nəzərə alsaq məsələnin tamlığına qərəz yaradır”.
Söhbət zamanı ekspert Fransa-Azərbaycan münasibətlərinə əsasən də iqtisadi vəziyyətə toxunub.
“Təbii ki Fransa-Ermənistan münasibətlərinin artan xəttdə getməsi Azərbaycan tərəfindən haqlı narazılığına səbəb olub. Fransanın qərəzli mövqeyi obyektiv beynəlxalq huquqa söykənən münasibətlərdə və açıqlamalarda məqamların olmadığı görünür. Lakin son dönəmlərdə Fransa ilə Azərbaycan arasında iqdisadi münasibətlər yaxşılaşmağa doğru gedir. Yerli şirkətlərin Fransadan 1.4 milyard dollarlıq airbusların alınması ilə bağlı müqavilələrin alınması, Totalın 40% lik payının olması siyasi sferada gərginlik olmasına baxmayaraq biznes və iqdisadi sahədə irəlləyişlərə səbəb olub. Son həftələrdə fransız rəsmilərinin ritorikasında region üzrə sülhdən daha çox danışmasından da bunu açıq şəkildə görə bilərik.
Gülməmmədov Xəyal