Azərbaycan öz ərazilərini erməni silahlılarından təmizləmək gücündədir - Ədalət Verdiyev - ednews.net

31 May, Çərşənbə

(+994 50) 229-39-11

Azərbaycan öz ərazilərini erməni silahlılarından təmizləmək gücündədir - Ədalət Verdiyev

Siyasət A- A A+
 
Ermənistan hərbi qulluqçularının Xocalıdakı hərbi poliqonda atışlar həyata keçirir. Bu barədə Caliber.az saytı video görüntülər əldə edib.
 
Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, Ermənistan silahlı qüvvələrinin şəxsi heyəti, həmçinin Ermənistan vətəndaşlarının da olduğu hərbiləşdirilmiş dəstələrlə birlikdə Azərbaycanın Qarabağ iqtisadi rayonunun ərazisində qanunsuz qalmağa davam edir. Azərbaycanın hesablamalarına görə, ərazimizdə 10 minədək erməni hərbçisi var. Bu da Üçtərəfli Bəyanatın müddəalarının kobud şəkildə pozulmasıdır.
 
Məsələ ilə bağlı hərbi ekspert Ədalət Verdiyev Ednews-a açıqlama verib.
 
O, bildirib ki, Qarabağın erməni silahlılarından təmizlənməsi Azərbaycan üçün artıq zərurətə çevrilib.
 
“Çünki Rusiya sülhməramlıları üzərinə düşən öhdəlikləri  uzun müddətdir ki, davam etmir. Belə olan halda isə Azərbaycan öz ərazilərini tək başına erməni silahlılarından təmizləmək üçün müvafiq əməliyyatları həyata keçirmək məcburiyyətindədir. Son günlər ermənilərin Xocalıdakı hərbi poliqonda atışlar həyata keçirməsi birbaşa olaraq Azərbaycana qarşı yönəlmiş təhdid addımı kimi dəyəndirilməli və gələcəkdə təkrarlanmamsı üçün addımlar atılmalıdır”.
 
Aysel 


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...