Beynəlxalq Valyuta Fondunun Azərbaycanı niyə tərk edib? SƏBƏBLƏR

Siyasət 12:13 22.05.2023
 
Təxminən 30 ildən çoxdur ki, Azərbaycanla mütəmadi şəkildə əlaqədə olan Beynəlxalq Valyuta Fondu Bakıdakı regional idarə ofisinin bu ilin iyunun 1-dən fəaliyyətinin dayandırması ilə bağlı qərar verib. Fondun Yaxın Şərq və Mərkəzi Asiya Departamentindən Azərbaycanın Maliyyə Nazirliyinə ünvanlanmış məktubda bu qərarın verilməsi səbəbləri izah olunub. Başlıca səbəb olaraq Azərbaycanın güclü iqtisadiyyata və maliyyə ehtiyatlarına malik olması qeyd olunub, həmçinin yaxın gələcəkdə ölkəmizlə BVF arasında proqram xarakterli əməkdaşlığın gözlənilməməsi göstərilib.
 
Bəs bu hadisə tam olaraq bizim üçün nə məna kəsb edir?...
 
Məsələni Ednews – a təhlil edən ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza, fondun belə bir qərar qəbul etməsini əslində Azərbaycanın nə səviyyədə inkişaf etdiyini göstərdiyini söyləyib.
 
“Azərbaycan son 20 ildə bəlkə də ən parlaq dövrlərini yaşayır. Apardığım araşdırmalara görə rahat bir şəkildə söyləyə bilərəm ki, ölkənin ÜDM-si  ( Ümümi daxili məhsul) və ölkəyə qoyulan iqtisadi investisiyanın artımı “inkişaf etməkdə olan ölkələr” kateqoriyasında göstərilən bir ölkəyə görə çox yaxşıdır. BVF isə əslində öz məktubunda bunu bariz bir şəkildə göstərir. Dünya ölkələri milli iqtisadiyyatlarının inkişafı,  infrastruktur quruculuğu, hətta sosial məsələlərin həlli üçün nəzərdə tutulan layihələrin icrasına maliyyə vəsaitləri cəlb etməkdən ötrü Beynəlxalq Valyuta Fonduna və digər qurumlara çoxsaylı müraciətlər edirlər, ancaq Azərbaycan nümunəsində tamamilə fərqli səhnənin şahidi oluruq. Ölkədə daimi iqtisadi artım və sərbəst investisiya üçün rahat bir şərait mövcuddur. Artıq an etibarı ilə fondun ölkə iqtisadiyyatına yardım etmək funksiyasına ehtiyacı olmadığı üçün tərk etmələri tamamilə normal hadisədir. Elə bu baxımdan da Beynəlxalq Valyuta Fondunun Bakı ofisinin bağlanmasının və ölkədən getməsinin Azərbaycana heç bir mənfi təsiri olmayacaq. Son olaraq qeyd edə bilərəm ki, Azərbaycanı tərk etsələr də, fond, mütəmadi olaraq ölkə ilə əlaqələrini qurmaqda davam edəcək”.
 
Məsələ ilə əlaqədar iqtisadçı ekspert Eldəniz Əmirov, BVF – nun ölkəmizi tərk etməsi Azərbaycanın artıq müstəqil bir şəkildə öz ayaqları üzərində qala bilən ölkəyə çevrildiyini əks etdirir.
 
“BVF II Dünya müharibəsindən sonra fəaliyyətə başlamış bir qurum olaraq əsas fəaliyyəti kiçik və ya daha açıq şəkildə desək, inkişaf etməkdə olan və nisbətən geridə qalmış ölkələrin mailiyyə resurslarına çıxışının təmin olunması, həmçinin iqtisadi inkişafına nail olması məqsədi ilə vəzifə göstərir. Bu tip qurumlar isə fəaliyyət göstərdikləri ölkələrdə əsasən mailiyyə dəstəklərini təmin etdikdən sonra həmin ölkələri təzyiq alətinə çevirirlər. Məhz bu cür təzyiq alətləri isə sonradan dövlətlərin daxili işlərinə müdaxiləyə çevrildiyi üçün, cənab prezidentimiz xarici borcların azaldılması ilə bağlı olaraq ciddi göstəriş vermişdir. Nəticə etibarı ilə Azərbaycanın xarici borcları azaldılaraq, ÜDM – in 10% - dən aşağı düşüb. Vəziyyət belə olduğu halda isə BVF artıq Azərbaycanın müstəqil bir şəkildə iqtisadi fəaliyyət göstərə bildiyini nümayiş edərək, iyun ayının 1 – dən etibarən ölkəmizdəki vəzifəsini dayandırmaq qərarına gəlib. Artıq fond bizdən savayı olaraq daha aktiv şəkildə fəaliyyət göstərməli olduğu ölkələrə yönələcəkdir. Bütün bunlar isə bizə onun əsaslandırmağa kömək edir ki, ölkəmiz son 10 illik müddət ərzində necə qüdrətli bir şəkildə həm iqtisadi, həm də siyasi fəaliyyət göstərən bir ölkə halına çevrilib.
 
Əkbər Şəbəndəyev
Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO

Xəbər xətti

UEFA Konfrans Liqasında ilk finalçı müəyyənləşib
03:52 09.05.2024
KİV: Ermənistan KTMT üzvü olaraq qalır
02:11 09.05.2024
"Real" "Bayer 04" klubunun futbolçusunu transfer etmək istəyir
01:22 09.05.2024
9 May - Faşizm üzərində Qələbə günüdür
00:01 09.05.2024
Elçin Əmirbəyov BMT Baş katibinin köməkçisi ilə COP29-u müzakirə edib
23:55 08.05.2024
Azərbaycan və Türkiyənin təhsil nazirləri əməkdaşlığı müzakirə ediblər
23:29 08.05.2024
Azərbaycanla Türkiyə arasında iqtisadi sahədə 120 maddəlik fəaliyyət planı qəbul edilib
22:53 08.05.2024
Hikmət Hacıyev və BMT Baş katibinin köməkçisi iqlim dəyişikliyi ilə mübarizə üzrə fəaliyyəti müzakirə edib
22:46 08.05.2024
İsrailli diplomat: Azərbaycanda yəhudilərin azadlıq və bərabərliyini görmək ürəkaçandır
22:43 08.05.2024
Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO
Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO
22:32 08.05.2024
Türkiyə səfiri Rəsulzadə adına liseyin şagirdlərini qəbul edib
22:22 08.05.2024
Paşinyan AİB-ni birlik ölkələrinin milli maraqlarını nəzərə almağa çağırıb
22:00 08.05.2024
Aİ səfirləri Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin müsadirə edilməsi barədə qərar qəbul edib
21:44 08.05.2024
Ermənistanın Ombudsman Aparatı İrəvandakı mitinqlə əlaqədar fövqəladə rejimdə işləyəcək
21:20 08.05.2024
“Le Figaro”: Azərbaycan-Ermənistan sülh müqaviləsinin COP29-dan əvvəl imzalanması simvolik hadisə ola bilər
21:10 08.05.2024
Hərbi xidmətdən yayınmağa şərait yaradan vəzifəli şəxsin məhkəməsi başlayır
21:00 08.05.2024
Bakıda və rayonlarda intensiv yağış yağıb, temperatur aşağı düşüb - FAKTİKİ HAVA
20:50 08.05.2024
Rusiyanın Londondakı səfiri Britaniya XİN-ə çağırıldı - SƏBƏB
20:40 08.05.2024
Ərdoğan: Bakı ilə İrəvan arasında sülh sazişi ən qısa zamanda imzalanmalıdır
20:32 08.05.2024
Mərakeşin COP29-da iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb
20:24 08.05.2024
Qəbələnin Bunud kəndi yağıntılar səbəbindən subasmaya məruz qalıb
20:20 08.05.2024
ABŞ-nin Ermənistandakı səfiri İrəvanla Bakı arasında razılaşmanı dəstəkləyib
20:11 08.05.2024
Biləsuvarda yol qəzası olub, xəsarət alanlar var
20:00 08.05.2024
Şolts və Zelenski Ukrayna ilə bağlı konfransı müzakirə ediblər
19:50 08.05.2024
Ceyhun Bayramov İsrail diplomatı ilə post-münaqişə dövründə regionda mövcud vəziyyət barədə danışıb
19:47 08.05.2024
Türkiyə-Azərbaycan biznes forumu başlayıb
19:30 08.05.2024
Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb
19:15 08.05.2024
Ermənistan KTMT-nin maliyyələşdirilməsində iştirakını dayandırır
19:00 08.05.2024
ASK və Bolqarıstan Sənaye Kapitalı Assosiasiyası Anlaşma Memorandumu imzalayıb
18:36 08.05.2024
MDB ölkələrinin səfirləri Bakıda “Qardaşlıq məzarlığı” Memorial kompleksi önünə gül dəstələri qoyub
18:24 08.05.2024
Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - YENİLƏNİB
18:17 08.05.2024
Ərdoğan Əli Əsədovu qəbul etdi
17:45 08.05.2024
İlham Əliyev İsmail Serageldini təltif etdi
17:32 08.05.2024
XƏBƏRDARLIQ: Dolu düşəcək, bəzi ərazilərə sulu qar yağacaq
17:10 08.05.2024
Xocalı qatili Vitali Balasanyan da təxribatçı keşişə qatıldı
Xocalı qatili Vitali Balasanyan da təxribatçı keşişə qatıldı
17:03 08.05.2024
Boing-767 təyyarəsi İstanbula qəza enişi edib - VİDEO
Boing-767 təyyarəsi İstanbula qəza enişi edib - VİDEO
17:00 08.05.2024
Bolqarıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı
16:49 08.05.2024
Britaniya Rusiyanın hərbi attaşesini ölkədən çıxaracaq
Britaniya Rusiyanın hərbi attaşesini ölkədən çıxaracaq
16:39 08.05.2024
Hava xəbərdarlıqları belə açıqlanacaq: Sarı, Narıncı, Qırmızı
Hava xəbərdarlıqları belə açıqlanacaq: Sarı, Narıncı, Qırmızı
16:35 08.05.2024
Bolqarıstan Prezidenti Ulu Öndərin məzarını ziyarət edib
Bolqarıstan Prezidenti Ulu Öndərin məzarını ziyarət edib
16:25 08.05.2024
Hamısı