Çavuşoğlu: "Azərbaycanla Ermənistan arasında yaxın zamanda sülh sazişi imzalana bilər" - ednews.net

29 May, Bazar ertəsi

(+994 50) 229-39-11

Çavuşoğlu: "Azərbaycanla Ermənistan arasında yaxın zamanda sülh sazişi imzalana bilər"

Siyasət A- A A+
"Azərbaycanla Ermənistan arasında yaxın zamanda sülh sazişi imzalana bilər". 
 
Ednews  xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Antalyada çıxışı zamanı deyib. 
 
O bildirib ki, bəziləri Qarabağın işğaldan azad olunmasından narahatdır:
 
“CHP sədri Kamal Kılıçdaroğlu təqdim etdiyi xəritədə Türk yolu Azərbaycandan keçmir. Niyə? Azərbaycandan nə istəyirsiniz? Bunu sizdən Ermənistanmı istəyir? İnşallah, Türkiyə xalqı bütün bunlara layiqli cavab verəcək”. 
 
M.Çavuşoğlunun sözlərinə görə, Ermənistan Azərbaycanla münasibətlərdə son zamanlar loyal addımlar atır: 
 
“Tərəflər artıq bir-birilərinin ərazi bütövlüyünü tanıyıblar. Əgər belə davam edərsə, yaxın zamanda sülh müqaviləsi imzalana bilər”. 
 


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...