Rusiya Prezidenti Vladimir Putin Rəcəb Tayyip Ərdoğanı yenidən Türkiyə prezidenti seçilməsi münasibəti ilə təbrik edib.
Ednews xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Rusiya liderinin təbrikində deyilir:
“Biz sizin Rusiya-Türkiyə dostluq münasibətlərinin, müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın möhkəmlənməsinə verdiyiniz şəxsi töhfənizi yüksək qiymətləndiririk”.
Qeyd edək ki, Türkiyədə seçki bülletenlərinin hesablanması hələ də davam edir. Sandıqların 99,94 faizi açılıb. Nəticələrə əsasən Türkiyənin hazırkı prezidenti 52,09 faiz səs toplayır.