İrəvan və Bakı sərhəd məsələlərində razılaşmaya yaxındır

Rusiya, Ermənistan və Azərbaycan üçtərəfli işçi qrupunun yeni iclası yaxın vaxtlarda baş tutacaq. 
 
Ednews "Hraparak" nəşrinə istinadən xəbər verir ki, bu sözləri Rusiya baş nazirinin müavini Aleksey Overçuk deyib.
 
Onun sözlərinə görə, bu gün razılıq əldə olunub və  bu işçi qrupun iclası çox yaxın gələcəkdə baş tutacaq.
 
“Müzakirə olunacaq məsələlər Ermənistan və Azərbaycan arasında sərhədin keçməsinin texniki detallarına aiddir. 
 
Məsələ ondadır ki, bu sərhəddə beynəlxalq sərhədlərdə mövcud olan pasport, gömrük və bütün növ nəzarətlər olacaq”, - Overçuk bildirib. 
 
O qeyd edib ki, tərəflər Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında dəmir yolu əlaqəsinin bərpasına çox yaxındırlar.

Dəniz Pənahova

Xalqın sevimlisi Qənirə Paşayevanın HƏYAT YOLU