Cinayət törədən 53 nəfər saxlanıldı STATİSTİKA

Mayın 31-də ölkə ərazisində qeydə alınan 66, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Ednews-a bildiriblər ki, axtarışda olduğuna görə ümumilikdə 175, o cümlədən borclu şəxs qismində axtarışda olan 137 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
 
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.
 
Narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib.
 
Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb.
İlham Əliyev xalqa müraciət edir - Canlı