İlham Əliyev və birinci xanım Türkiyəyə işgüzar səfərə gəliblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın səlahiyyətlərinin icrasına başlama mərasimində iştirak etmək üçün iyunun 3-də Ankaraya işgüzar səfərə gəlib.
 
Ednews xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. 
 
Ankara şəhərinin Esenboğa Hava Limanında dövlətimizin başçısını və birinci xanım Mehriban Əliyevanı rəsmi şəxslər qarşılayıblar.