Türkiyə və Azərbaycanın gələcək hədəfləri Vahid ordu yaradılır?

Siyasət 14:35 08.06.2023

İkinci Qarabağ müharibəsindən sonra Türk dünyasının sürətli inteqrasiyası prosesi başlayıb. Bu prosesin əsas yükü isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin üzərindədir. 

Türk dövlətlərinin sıx əməkdaşlığı, gömrük, logistika məsələlərində Türkiyə və Azərbaycanın rolu...

Türkiyə və Azərbaycanın bu kontekstdə, İlham Əliyev və Ərdoğanın liderliyi ilə qarşıdakı dönəm üçün əsas hədəfləri nələr olacaq?

Bu barədə politoloq Tural İsmayılov Ednews-a bildirdi ki, bizim hərbi sahədə və müdafiə sənayesi potensialı baxımından birgəliyimiz labüddür. Artıq iki ölkə münasibətlərini ən yüksək səviyyəyə çatdırıb. Əlavə olaraq da Şuşa Bəyannaməsi münasibətlərimizin dərinliyini müəyyənləşdirən vacib sənəddir:

“Bundan sonra isə hərbi təlimlərin sayı daha çox olacaq. Nəzərə almaq lazımdır ki, Azərbaycan Ordusu NATO standartlarına uyğun olaraq yenidən formalaşdırılır. Bu prosesdə də qardaş Türkiyə hərbi sisteminin Azərbaycan Ordusuna tətbiqi vacibdir. İki qardaş ölkənin müttəfiqliyi istər hərbi, istərsə də digər sahələrdə bölgəyə ancaq sülh və sabitlik bəxş edir. Təxribatçı Ermənistan, İran və onların havadarlarının birgəliyimizdən narahat olmağı anlaşılandır. Çünki ölkələrimizin siyasi və hərbi gücə çevrilməyini həzm edə bilməyənlər ortaq hərbi təlimləri özlərinə gözdağı hesab edirlər. Amma Azərbaycan və Türkiyənin bir çox sahələrdəki əməkdaşlığı əsla üçüncü qüvvələrə qarşı yönəlməyib. İrandan və digərlərindən fərqli olaraq biz bu günə qədər heç kimi hərbi təlimlərlə təhdid etməmişik. Prezident İlham Əliyev dəfələrlə ortaq ordunun yaradılmasının vacibliyini qeyd edib. Dövlət başçısının ADA Universitetindəki nitqində iki qardaş dövlətin - Azərbaycan və Türkiyənin vahid orduya malik olması barədə dedikləri bütün Türk coğrafiyası üçün bir yol xəritəsi hesab edilir. İranla sərhəddə ortaq təlimlər və bütün qoşun növlərinin bu təlimlərə cəlb edilməsi də ayrıca bir mesaj xarakteri daşıya bilər. Bu gün Azərbaycan-Türkiyə hərbi müttəfiqliyi ilə İranın rəqabət aparmaq imkanları isə ümumiyyətlə, mövcud deyil”.

Politoloq qeyd etdi ki, yaxın gələcəkdə TDT nəzdində hərbi əməkdaşlığın daha da genişlənməsinə şahidlik edəcəyik. Eyni zamanda, Azərbaycan-Türkiyə hərbi təlimlərinin arealının genişlənəcəyini və TDT-nin ortaq hərbi təlimlərinə zəmin yaradacağını proqnozlaşdırmaq olar”, - deyə politoloq vurğulayıb: 

“2009-cu ilin oktyabrında türkdilli dövlət başçılarının Naxçıvan Zirvə görüşündə Naxçıvan sazişi imzalandı və türkdilli dövlətlər arasında əməkdaşlığın təsisatlanmış yeni formatı yaradıldı. Təşkilatın Naxçıvandan başlanan inkişaf yolu bu gün strateji mənada qlobal siyasətdə mühüm amilə çevrilir. Cənab Prezident Naxçıvan sammitində bu günlərin mesajını vermişdi. Türkdilli dövlətlər arasında əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir. Türkdilli dövlətləri birləşdirən ortaq soy-kök, tarix, mədəniyyət və milli dəyərlər ökələrimizin qarşılıqlı səmərəli fəaliyyəti və əməkdaşlığının əsasını təşkil edir. Bu baxımdan türkdilli dövlətlərin əməkdaşlıq perspektivləri hər gün daha çox dərinləşir. Azərbaycan iki il ərzində Türk Şurasına uğurla sədrlik etdi, sədrliyi dövründə təşkilatın fəaliyyətinin gücləndirilməsinə, türkdilli ölkələr və xalqlar arasında dostluğun, qardaşlığın və əməkdaşlığın daha da möhkəmləndirilməsinə səy göstərdi. Azərbaycanın sədrliyi dövründə türkdilli dövlətlərin bir çox konfransları və zirvə görüşləri keçirildi, mühüm qərarlar verildi”.

T.İsmayılovun sözlərinə görə, Azərbaycanın sədrliyinin COVİD-19 pandemiyası dövrünə təsadüf etməsinə baxmayaraq, türkdilli dövlətlər arasında həm ikitərəfli, həm də çoxtərəfli səviyyələrdə dostluq və əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi, habelə Türk Şurasının dünyada nüfuzunun daha da artırılması istiqamətində səylər göstərdi. Qoşulmama Hərəkatına sədrliyimizlə paraleldə Türk Şurasının beynəlxalq təşkilatlarla inteqrasiyası daha da gücləndi:

“Azərbaycanın sədrliyi dövründə təşkilat çərçivəsində mövcud əməkdaşlıq istiqamətlərinə əlavə olaraq, səhiyyə, miqrasiya, kənd təsərrüfatı, energetika, media, prokurorluq, ədliyyə və humanitar sahələrdə yeni əməkdaşlıq mexanizmləri quruldu. 2020-ci il noyabrın 20-də Bakı şəhərində Türk Ticarət və Sənaye Palatası tərəfindən “Azərbaycanda sosial və iqtisadi inkişafın yeni erası” mövzusunda toplantı keçirildi. Toplantı çərçivəsində Ermənistan tərəfindən raket atəşinə məruz qalmış Bərdə şəhərinə yardım göndərildi. Türk Şurası üçün əlamətdar hadisələrdən biri də təşkilatın coğrafiyasının genişlənməsidir. Bakıda keçirilmiş 7-ci Zirvə Görüşündə Özbəkistan Respublikası Türk Şurasına üzv oldu. İstanbulda keçirilən 8-ci Zirvə Görüşündə isə Türkmənistanı təşkilat yanında müşahidəçi statusu əldə edəcək. 44 günlük mühaibədə qələbəmizdən sonra bizim əməkdaşlığımızın yeni rıçaqları formalaşır”.

Oğuz

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rubionun səsi ilə siyasətçiləri aldatdılar
17:36 09.07.2025
Fransada polis partiya qərargahına basqın edib
17:21 09.07.2025
Tramp Putin və Si Cinpini Moskva və Pekini bombalamaqla hədələyib?
17:06 09.07.2025
PKK-nın da tərksilah edilməsi türk dünyasına necə təsir edəcək?
16:51 09.07.2025
Osimhen transferi nə vaxt elan ediləcək? - "Qalatasaray" rəsmisi açıqlama verdi
16:35 09.07.2025
Əraqçı Səudiyyə şahzadəsini region üçün misilsiz təhlükə barədə xəbərdar etdi
16:20 09.07.2025
"Ukraynadakı münaqişənin həlli üçün diplomatik imkanlar tükənib"
16:05 09.07.2025
Şantajla məşğul olan gənclər yaxalandı
15:50 09.07.2025
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində işgüzar səfərdədir
15:35 09.07.2025
Pensiyaların ödənəcəyini tarix açıqlandı
15:20 09.07.2025
ABB tarixində ən yüksək reytinq göstəricisinə nail olub
15:05 09.07.2025
"Moskva Bakı ilə hüquq-mühafizə orqanları xətti ilə əlaqə saxlayır"
14:55 09.07.2025
“Ailə mübahisələrində mediasiya institutunun tətbiqinin əhəmiyyəti və beynəlxalq təcrübə” mövzusunda dəyirmi masa keçirilib
14:50 09.07.2025
ABŞ-ın Texas ştatında daşqınlar zamanı 180-dən çox insan itkin düşüb
14:35 09.07.2025
Yardımlı-Deman-Arvana magistralında yenidənqurma işlərinə başlanılıb
14:20 09.07.2025
İtaliyanın Ukraynaya yardımları rəqəmlərlə açıqlandı
14:05 09.07.2025
Türkiyənin xarici işlər və müdafiə nazirləri Pakistanda rəsmi səfərdədir
14:02 09.07.2025
"Barselona"nın Bakıda açılacaq akademiyası ilə bağlı işlərə başlanılıb
13:47 09.07.2025
Əbu-Dabidə İlham Əliyevlə Paşinyan arasında görüş keçiriləcək
13:32 09.07.2025
Rəsmi Bakı İranın Ermənistandakı səfirinə cavab verdi
13:24 09.07.2025
Qarabağ Universitetində tibb fakültəsi açıldı
13:17 09.07.2025
Azərbaycanda yeni SES-lər tikiləcək
13:02 09.07.2025
PKK-nın silahları təhvil verəcəyi tarix məlum olub
12:56 09.07.2025
İpoteka kreditlərinin maksimal məbləği artırılmayacaq
12:41 09.07.2025
Hindistanda körpünün çöküb
12:26 09.07.2025
Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış edib
12:11 09.07.2025
Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək
11:56 09.07.2025
Ankarada TDT Mədəniyyət və turizm nazirlərinin 10-cu toplantısı keçirilir
11:50 09.07.2025
Azərbaycan nefti bahalaşdı
11:41 09.07.2025
Silinmiş "ChatGPT" söhbətləri bərpa olundu
11:26 09.07.2025
Husilər Qırmızı dənizdə gəmiyə hücumun görüntülərini yaydılar
11:11 09.07.2025
Ağdam-Füzuli yolundakı qəzada xəsarət alanların son durumu açıqlanıb -Yenilənib
10:57 09.07.2025
NASA əməkdaşı unikal görüntü çəkdi
10:56 09.07.2025
Hindistan sahillərində qədim sualtı şəhər aşkarlanıb
10:42 09.07.2025
Tramp rüsumları təxirə saldı
10:27 09.07.2025
" İsrail və HƏMAS Qəzzada atəşkəsə yaxındır"
10:12 09.07.2025
İsrail HƏMAS-ın komandirlərindən birini öldürdü
09:48 09.07.2025
Klublararası dünya çempionatı: "Çelsi" finala yüksəldi
09:15 09.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar
08:43 09.07.2025
"Ukraynada kimyəvi silahdan istifadə edildiyinə dair sübutumuz var"
08:10 09.07.2025
Hamısı