İyunun 28-dən sonra Ermənistan Fövqəladə Hallar Nazirliyinin saytında qondarma “Artsax” ifadəsi yığışdırılıb və yerinə Qarabağ yazılıb.
Ednews erməni KİV-ə istinadən xəbər verir ki, iyulun 1-dən etibarən Fövqəladə Hallar Nazirliyi Ermənistan Daxili İşlər Nazirliyinə birləşdirilib.
Ermənistan rəsmiləri Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindəki separatçı rejimin zənglərinə cavab vermir.
Ermənistan hakimiyyəti separatçıların “rəhbəri” Arayik Harutyunyanı seçim qarşısında qoyub. O ya Bakı ilə danışıqlara başlamalı, ya da ermənilərin Qarabağdan çıxarılmasını qəbul etməlidir.
Oğuz