Son günlərədək Azərbaycan maksimum təmkin və səbirlə ona görə davranırdı ki, sülh danışıqları, separatçı rejimin neytrallaşdırılması baş tutsun. Lakin ermənilər bunun əksini edirsə, o zaman Azərbaycan heç bir tərəddüd etmədən növbəti dəmir yumruğu onların başına vurmağa başlayacaq.
Bunun zamanı yetişibmi, yoxsa təmkinimizi bir qədər də davam etdirməliyik?
Bu barədə Ednews-a Azad Vətən Partiyasının sədri Akif Nağı bildirib ki, Ermənistan və onun Qarabağda bəslədiyi terror qrupları Azərbaycanın növbəti və böyük ehtimalla sonuncu zərbəsinin onlar üçün fəlakətlə nəticələnəcəyini başa düşürlər:
“Onu da bilirlər ki, onları bu zərbədən nə Rusiya, nə də Qərb xilas edə biləcək. Bunu anlayır, amma düzgün nəticə çıxara bilmirlər. Bu, məhvə məhkum edilmiş toplumlara xas olan xüsusiyyətdir. Tarixdə belə nümunələr olub. Nə qədər qəribə səslənsə də, deməliyəm ki, ermənilər bu ssenariyə uyğun olaraq, özünüməhv yolunu seçiblər. Qərbin, Rusiyanın onları xilas edəcəyinə hələ də axmaqcasına inanırlar. Törətdikləri təxribatlarla Azərbaycana son zərbəni vurmaq üçün əsas verirlər”.
A.Nağı şübhə etmir ki, Azərbaycan məcburiyyət qarşısında bu fürsətdən istifadə etməli olacaq:
“Biz ermənilərin şıltaqlıqlarına dözə bilmərik, bunun üçün vaxtımız yoxdur. Hərdən belə təsəvvür yaranır ki, Rusiya və ABŞ erməniləri ağılsız addımlara həvəsləndirməklə, Azərbaycanı təsirli addım atmağa təhrik edirlər ki, bizim əlimizlə "erməni məsələsi"ndən canlarını birdəfəlik qurtarsınlar. Azərbaycan maraqlı tərəflərin istəyini nəzərə almalı, bu vacib missiyanı həyata keçirməlidirlər".
Oguz